PDF Oxu

Siyasət

  • 2 160

Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 13-də Astanada əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin(AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasıında şıxışı zamanı bir çox mühüm məsələlərə öz münasibətini bildirmişdir. Cənab Prezident İkinci Qarabağ müharibəsində qazanılmış Tarixi Qələbənin əhəmiyyətindən danışarkən bildirmişdir ki, bu Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.İşğal olunmuş ərazilərdə törədilən Erməni vandalizmdən bəhs olunarkən bildirilmişdir ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib.Qeyd olunub ki, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb.Ermənistan tərəfindən işğal dövründə ərazilərimizin ağılasğmaz dərəcədə minalanması nəticəsində Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı ərazilərimizə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.Qələbədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı üzrə tədbirlərin həyata keçirilməsi barədə məlumat verilərkən bildirilmişdir ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb.Müharibədən sonrakı dövürdə Erənistanın törətdiyi təxribatlardan danışan cənab Prezident qeyd etmişdir ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.Ermənistan tərəfindən törədilmiş etnik təmizlənmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ırzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir –birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişinin imzalanmasını təkilf edib. Bu bir daha göstərir ki, Azərbaycan ədalətli sülhün tərəfdarıdır.

Rauf Əliyev, Milli Məclisin deputatı

Digər xəbərlər