PDF Oxu

Siyasət

  • 2 626

Dünya erməni vandalizminə və terroruna qarşı susmamalıdır! ANALİTİK+AKTUAL

Dünya erməni vandalizminə və terroruna qarşı susmamalıdır! ANALİTİK+AKTUAL

Azərbaycan xalqı da məhz bu addımları gözləyir!

Tarixi Qərbi Azərbaycan torpaqlarında, indiki Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlığın erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmasının və həmin kirli aktın videosunun sosial şəbəkələrdə yayılmasının ardınca müxtəlif beynəlxalq təşkilatların susqunluğu çoxqütblü dünyada ikili standartların mövcudluğunu bir daha sübuta yetirdi.
İsbatlanmalıdır ki, reallıqda vəhşilər, vandallar və daim bizləri terrorla hədələyənlər kimlərdir!
Məhz bu faktın özü bir daha isbatladı ki, dünyada bərabərlik və ədalət prinsipi üzərində qurulmalı olan tendensiyalar heç də təməlli əsaslar üzərində qurulmayıb. Biz bu xüsusda sual edə bilərik ki, axı necə olur, heç bir isbatı olmayan, daha çox saxtakarlığı ilə seçilən "ermənilərin güllələnmə" videosu düşmənlərimiz tərəfindən ictimailəşdiriləndən sonra Avropanın, Qərbin bəlli şəxsləri və təşkilatları dərhal üstümüzə hücumlar çəkdilər, hətta sanksiyaların çıxarılması yönündə tələblər irəli sürüldü, amma son zamanlar istər Birinci Qarabağ müharibəsində, istərsə də hazırkı dövrdə erməni vəhşiliyini isbatlayan videofaktlara susqun qalınır?Bu sualın cavabı məlumdur və nəticəyə gələ bilərik ki, məhz belə videolar anti-Azərbaycan xarakterli fəaliyyət göstərən qurum və təşkilatların, eləcə də ayrı-ayrı şəxslərin sosial şəbəkə hesablarına, email adreslərinə gösnərilməli, sözün əsl mənasında üzlərinə çırpılmalıdır. İsbatlanmalıdır ki, reallıqda vəhşilər, vandallar və daim bizləri terrorla hədələyənlər kimlərdir!Başqa tərəfdən, azərbaycanlılara məxsus məzarların dağıdıldığını əks etdirən videogörüntülərin harada qeydə alınmasına baxmayaraq (iddialara görə Basarkeçərdə) bu kimi faktların hər biri insan haqları məhkəmələrində dəlil olaraq Ermənistana qarşı qaldırılmalıdır. Özü də gördüyümüz kimi, bu videodakı şəxslər və oradakı yük maşınının dövlət qeydiyyat nişanı da məlumdur və həmin vandalların, həmin vəhşilərin kimlikləri məlum olduğu üçün onlar dərhal öz cinayətkar əməllərinə görə cəzalandırılmalıdırlar. Belə ki, məzarlığın dağıdılması – tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdi kimi də qiymətləndirilə bilinər.
YUNESKO ikili standartlardan çıxış etməyi isə bir kənara qoymalıdır!
Digər tərəfdən, baş verənlər rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin YUNESKO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir və adıçəkilən beynəlxalq qurum mütləq şəkildə bu hadisəni nəzarətinə almalı, ikili standartlardan çıxış etməyi isə bir kənara qoymalıdır. Çünki məhz YUNESKO-nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqına yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. YUNESKO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır. Bu baxımdan, artıq ciddi hərəkətə keçməyin vaxtıdır.Yeri gəlmişkən, sözügedən hadisənin həm də 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə edilən ən qanlı raket hücumunun ildönümü ərəfəsində üzə çıxması isə bu kimi məsələlərin ictimailəşməsinə, aktuallaşmasına daha geniş zəminlər yaradır. Bütövlükdə götürəndə isə, Gəncədə dinc insanlara qarşı endirilən düşmənin raket zərbəsi 1988-ci ildən başlayaraq müxtəlif dövrlərdə qatarlarımıza, avtobuslarımıza, bərələrimizə və sairlərə qarşı törədilən terrorun davamı faktıdır.
Dipmissiyalarımza edilən hücumlar erməni terror təşkilatlarının diplomatlara qarşı ənənəvi terror siyasətinin davamıdır!
Ermənistandakı revanşist qüvvələrin bu gün də qan-qada dili ilə danışmaq cəhdləri artıq xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizə, toxunulmazlıq statusu daşıyan dipmissiyalarımıza, konsulluqlarımıza qarşı da uzanmaqdadır. Fransada, Livanda edilən xain hücumlar, habelə ABŞ-da səfirliyimizə məxsus avtomobilimizin güllələnməsi erməni terror təşkilatlarının diplomatlara qarşı ənənəvi terror siyasətinin davamıdır.Söz yox ki, bu kimi əməllərin qarşısının alınması üçün daha çevik hərəkətlərə keçməyin tam zamanıdır və Azərbaycan xalqı öz dövlətinin, hakimiyyətinin yanında olmaqla daim öz sözünü deməyə qadirdir. Lakin eyni zamanda, beynəlxalq təşkilatlar da üzərlərinə düşən missiyalarına ikili stnadrtlardan kənar, ədalət prizmasından yanaşmalı və bu kimi cinayətləri törədən erməni vandallarına, terrorçularına qarşı lazımi tədbirlər görüləcəkdir – Azərbaycan xalqı da məhz bu addımları gözləyir!
Rövşən RƏSULOV

Digər xəbərlər