PDF Oxu

Siyasət

  • 7 498

Azərbaycan Türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə verir ŞƏRH

Azərbaycan Türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə verir ŞƏRH

Türkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin strateji xəttini təşkil edir. Dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan qurub yaradarkən Türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, əlaqələrin qurulmasında, bir sözlə, qardaşlaşmasında Heydər Əliyevin xidmətləri danılmazdır. Hər zaman qardaş ölkələr Ulu Öndərin Türk dünyasındakı rolunu yüksək qiymətləndirirlər.Müstəqilliyinin bərpasının 31 illiyini qeyd edən Azərbaycan qısa müddətdə həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş dövlətə çevrilib. Bunun yeganə səbəbi isə, əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. Azərbaycana rəhbərlik etdiyi 19 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, ölkəmiz mövcudluğu tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. İqtisadi müstəqillik siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Məhz bu siyasətin fonunda Azərbaycanın dost və strateji tərəfdaşlarının sayı gündən-günə artır. Xüsusilə də türk və islam dünyası, türkdilli dövlətlərlə əlaqələr özünün ən yüksək mərhələsini yaşayır. Cənab Prezident İlham Əliyevin cari ilin oktyabr ayının 11-də Qırğızıstan Respublikasına səfəri, keçirdiyi görüşlər, imzaladığı sənədlər də bu prosesə müsbət impuls verir. Cənab Prezident İlham Əliyev xüsusən də türk dövlətləri arasında sosial-iqtisadi, mədəni sahədə əməkdaşlığın, münasibətlərin inkişafı və bundan əldə ediləcək faydalarla bağlı strateji baxışlarını ortaya qoyub. Türkdilli dövlətlərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini hər zaman əhəmiyyətli faktor kimi irəli sürən Cənab Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına son səfəri də heç şübhəsiz, bu birliyivə həmrəyliyi daha da inkişaf etdirmək məqsədilədir.Cənab Prezident İlham Əliyevin Qırğızıstana səfəri, həm də tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək. Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti cənab İlham Əliyevin türk dünyası qarşısında tarixi xidmətləridir. Bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir. Göründüyü kimi, Azərbaycanın Qırğız Respublikası ilə münasibətlərində yeni yüksəliş mərhələsi başlayıb. Strateji tərəfdaş olan hər iki ölkənin dövlət başçılarının son 6 ayda 2 dəfə görüşməsi və yeni sənədlərin imzalanması bir daha təsdiq edir ki, yaxın zamanlarda müxtəlif istiqamətlər üzrə iqtisadi-ticari əlqələr yüksələn xətlə inkişaf edəcək, əmtəə dövriyyəsi artacaq. Diplomatik münasibətlərin yaranmasının 30-cu ilində, yəni 2023-cü ildə hər iki ölkədə müxtəlif tədbirlərin, konfransların keçirilməsi münasibətləri daha da möhkəmləndirəcək. Son illərdə əlaqələrin inkişafında yüksək dinamikanın müşahidə edilməsi isə heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanması və bundan qaynaqlanan regionda yaranan yeni reallıqların olması danılmazdır.

Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini

Digər xəbərlər