PDF Oxu

Siyasət

  • 4 058

Azərbaycan-Qırğızıstan arasında münasibətlər daha da gücləndiriləcək ŞƏRH

Azərbaycan-Qırğızıstan arasında münasibətlər daha da gücləndiriləcək ŞƏRH

Cari ilin oktyabr ayında Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək. Türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Dövlət başçısı İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir.Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Ölkələr arasında bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Dövlət başçısı İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca böyük əhəmiyyət daşıyır. Əvvəlcə Qırğızıstan ilə Azərbaycan prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Ortaq köklərə, ortaq mədəni irsə malik olan Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr arzu edilən səviyyədə deyil, lakin ölkələr arasında Birgə İnvestisiya Fondunun yaradılması bu sahənin inkişafına böyük töhfə verəcək. Həmçinin, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun rimzalanması ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Qırğızıstanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adına məktəbin açılması ikitərəfli münasibətlərimizdə əlamətdar hadisədir. Bu, xalqlar arasındakı möhkəm dostluğa, ölkələrimiz arasında əsası dünya miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ulu öndəri Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir. Ümummilli lider Heydər Əliyevin çox zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb.Oktyabrın 6-da Prezidentin Çexiyanın paytaxtı Praqaya səfəri, Avropa İttifaqı Şurasının təşkil etdiyi tədbirə qatılması, orada görüşlər keçirməsi, dördtərəfli Bəyanatın qəbul edilməsi Prezident İlham Əliyevin diplomatik uğurudur. Məhz 30 illik münaqişə dövründə ilk dəfə olaraq Ermənistan bu Bəyanatla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımış oldu. Məhz bu Bəyanat Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üçün işçi qrupunun əlində bir əsas olacaq.Bütövlükdə Prezident İlham Əliyevin istər Çexiya, istər Qırğızıstan, istərsə də Özbəkistan səfərləri bir daha onu göstərir ki, dövlətimizin başçısı təkcə öz bölgəmizdə deyil, dünyada sülhün əməkdaşlığın, tərəqqinin yeni müstəviyə qalxması üçün öz töhfələrini verir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər