"Azərbaycan ordusu nəinki Qafqazın, həmçinin bütün dünyanın aparıcı orduları sırasındadır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, Azərbaycan hərbi texnika üçün kifayət qədər vəsait ayırıb: "Aldığımız texnikanın sıradan çıxması ölkəmiz və ordumuza ciddi ziyan vura bilər. Burada iki məsələ nəzərə alınmalıdır. Biri var ehtiyatsızlıqdan, biri də var qəsdən zərər vermə".Siyavuş Novruzov sözlərinə belə davam edib: "Hesab edirəm ki, bu məsələlnin əsas yükünü müqavilə ilə xidmət göstərənlərin üzərinə qoymaq lazımdır. Çünki onlar mütəxəssisdir və dövlətdən əməkhaqqı alırlar".
Ayşən Vəli