Düzdür, Azərbaycan ilə yanaşı bir çox türk dövlətlərinin Postsovet dövründə inkişaf potensialı o qədər də yüksək olmasa da, son 30-ilə yaxın olan müddət ərzində hər biri özünü artan xəttə inkişaf etdirmişdir. Azərbaycan kimi Qırğızıstan türk dövləti də özünü qeyd olunan dövrdə iqtisadiyyat hesabına qüdrətləndirmişdir. Günümüzdə bu iki dost və qardaş ölkə arasında xoş və isti münasibət mövcuddur. Bu münasibətin əsası tarixi köklərə bağlanaraq bizi din və dil bağı ilə birləşdirməkdədir. Bu gün də bu xoş münasibət qorunub saxlanılmaqdadır, belə ki, bir müddət öncə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri baş tutmuşdur. Cari ilin 11 oktyabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Qırğızıstana rəsmi dövlət səfərinə yollanmışdır. Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşımaqdadır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcəkdir. Son iki qarşılıqlı dövlət səfərində mühüm olan 19 saziş imzalanmışdır ki, buda çox təqdirə layiq bir addım kimi qiymətləndirilir. Bu Memorandumlardan biri də, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşlıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində olan əməkdaşlıq sazişi və “Azərbaycan Respublikası Höküməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişdir ki, bu da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Qırğızıstan respublikaları əlaqələrinin bundan sonra artıq yeni mərhələlərdə uğurla davam etdirəcəyinə ümid edirik. Bakı və Bişkek iki doğma şəhər kimi bir-birinə dəstək olaraq qarşılıqlı fəaliyyət göstərəcəklər. Cənab Prezidentin Qırğızıstana səfəri zamanı "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət etmişdir ki, bu da bir daha bizim eyni soya, tarixə və kökə bağlı olduğumuzu əyani sübut etməkdədir. Yaşasın Azərbaycan-Qırğızıstan Qardaşlığı! Yaşasın Türk dövlətləri!
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı