Bu gün Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı “Yeni Azərbaycan Partiyası -30” mövzusunda konfrans keçirir. SİA xəbər verir ki, tədbir öncə Xətai rayon ərazisində yerləşən Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi ziyarət olunub.Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin və vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konfransda YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon İcra Hakimiyyətinin başçısı Raqif Quliyev, YAP İdarə heyyətinin üzvü, Milli Məclisin deputatı Mixael Zabelin, YAP Veteranlar Şurasının üzvü, akademik Misir Mərdanov, Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyev, Veteran YAP-çı Kərim Ağayev, Xətai rayonu Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Mürvət Əsgərov, Ərazi partiya təşkilatının sədri, akademik Vaqif Abbasov, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, Vətən müharibəsi qazisi, YAP-ın yeni üzvü Anar Məmmədov və 55 nömrəli məktəbin direktoru Yaqut Kərimli iştirak edir.
Ayşən Vəli