Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları Təsisatlarının" Beynəlxalq Konfransı keçirilir. SİA xəbər verir ki, tədbirin məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahəsində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, biznes və insan hüquqları sahəsində tendensiyalar və çağırışlar haqqında müzakirələr aparmaq, habelə bu sahədə müsbət təcrübələri bölüşməkdir.Konfransda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndələri, o cümlədən Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan olan təmsilçilər iştirak edirlər.
sia.az