PDF Oxu

Siyasət

  • 2 408

Prezident İlham Əliyev regionda geosiyasi dəyişikliklərin əsas memarıdır ŞƏRH

Prezident İlham Əliyev regionda geosiyasi dəyişikliklərin əsas memarıdır ŞƏRH

Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində təmaslar Azərbaycanın “Köhnə qitə”dəki diplomatik qələbəsinin Şərqdə bəyanı baxımından müstəsna imkan oldu. Təbii ki, Prezident İlham Əliyev milli maraqları rəhbər tutaraq bu ali platformanın imkanlarından maksimal şəkildə istifadə etdi. Dövlətimizin başçısı istər ikitərəfli görüşlərdə, istərsə də AQEM-in plenar iclasındakı tarixi çıxışında reallıqları bir daha bəyan edərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ali tribunadan bütün dünyaya çatdırdı. Azərbaycan Prezidenti çıxışı və ifadə etdiyi fikirlərin əhəmiyyəti ilə iclasın auditoriyasının çoxtərkibli olması isə xüsusi çalar qatdı.İlk növbədə, bölgə dövlətləri Prezident İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallığa dair mövqeyində qətiyyətli olduğunu bir daha görərək, Bakı ilə əməkdaşlıq xaricində regionda maraqlarını reallaşdıra bilməyəcəklərinə bir daha əmin oldular. İkincisi, birbaşa bölgəni təmsil etməyən Asiya ölkələri üçün Azərbaycanın güc və imkanları, o cümlədən Qafqazdakı müstəsna formada artan nüfuzu onları regiona münasibətdə siyasətlərinə bir daha nəzər yetirməyə təşviq etdi. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müstəvisində həmin dövlətlərin Azərbaycana baxış bucaqlarında yenilənmə edəcəkləri şübhəsizdir. Beynəlxalq platformanın inteqrasiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda isə yeni reallıqlar kontekstində nəqliyyat-kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir: “Bu, Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi orta vektor üzrə bütün növ kommunikasiyalarn məsafəsini 300 km qısaltmaqla operativ əlaqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev AQEM zirvəsindəki çıxışında bir daha bu məsələyə toxundu. Eyni zamanda, erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bildirdi. Azərbaycan ərazisində bir milyondan çox mina basdıran bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması, şübhəsiz ki, AQEM ölkələrinin qarşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir.30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahiblərinə qayıdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Qarabağ bölgəsi sanki yenidən doğulur, canlanır, dirçəlir. Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir. Amma çox təəssüflər olsun ki, yenə də ermənilərin bu vandalizm əməllərinə göz yummaqda davam edir. Bu günümüzün real mənzərəsi budur ki, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan 30 il o kor gözləri, kar qulaqları açdı, işğalçı Ermənistanı çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdi.Bu gün Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi. Düşünürük ki, nəhayət, dünyanın 30 ildən sonra açılan gözləri, eşidən qulaqları ədalət meyarının bundan sonra bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq olunmasına yardımçı olacaq. Quldur, cinayətkar və terrorist bir ölkə – Ermənistan beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq.

Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər