“Bu günləri zəngin bir tədbirin iştirakçısıyam. Düşünürəm ki, bu tədbirlər bizim həyatımızda müstəsna dəyərə malikdir”. SİA xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan Partiyası -30” mövzusunda YAP Xətai rayon təşkilatı konfransında Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.Onun sözlərinə görə, YAP bizim həyatımızı dəyişib: “YAP ölkəni dağılmaqdan xilas etdi. Əgər Heydər Əliyev olmayasaydı, YAP-ın yaranmasından və Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Heydər Əliyevin Azərbaycan vətəndaşlarının hər birinin həyatında müstəsna rolu var.Hesab edirəm ki, ölkədə partiya ilə bağlı kifayət qədər uğurlu işlər var. YAP özünün yeni inkişaf dövrünü yaşıyır. Artıq partiya müasir standartlara cavab verir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanım rəhbərliyi ilə Mərkəzi Aparat bu gün ölkəmizdə partiya quruculuğunda uğurlu nailiyyətlər əldə edib. Bu günləri YAP üzvləri arasında kifayət qədər potensiallı gənclər var. Hər kəsi ürəkdən təbrik edirəm. Şəhid ailələri qarşısında baş əyirəm”.Vüqar Rəhimzadə sözlərinə belə davam edib: “İki il bundan öncə ölkəmiz cənab İlham Əliyevin ətrafında birləşərək qalib gəldi. Bugünləri qalib bir xalq kimi qürurla Azərbaycanın qəhrəmanlıq salnaməsini yaşayıb yaradırıq. Bunlar şəhid və qazilərin qanı-canı bahasına oldu. Onlar bizim əbədi qəhrəmanlarımızdır. Onlar Azərbaycan tarixində əbədi yaşayan qəhrəmanlardır”.
Ayşən Vəli