PDF Oxu

Siyasət

  • 3 610

Parisdə Fransa daşnaklarının sabiq lideri Loris Tufanyan həbs olunub FAKT

Parisdə Fransa daşnaklarının sabiq lideri Loris Tufanyan həbs olunub FAKT

“Bu gün səhər Paris polisi Daşnak Erməni İnqilabı Federasiyasının gənclər qolunun keçmiş sədri, 2015-ci ildə Charjoum dissident qrupunun yaradıcılarından biri olmuş Loris Tufanyanı həbs edib. Ehtimal var ki, həbs Azərbaycan səfirliyi nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzinə edilən hücumla bağlıdır”. SİA xəbər verir ki, bu barədə fransız tarixçi və politoloq Maksim Qauin (Maxime Gauine) özünün tvitter səhifəsində yazıb.Qeyd: Bu arada, sözügedən həbslə bağlı həm də belə qənaətə gəlmək olar ki, Fransa həqiqətən də qəribə demokratiyaya məxsus olan bir ölkədir. Daha dəqiq desək, cinayət tam təfsilatı ilə göstərilməsə qanunu və hüququ mühafizə edən orqanlar sanki onu görməzlikdən gəlirlər. Misal üçün, Qarabağ torpaqları işğal altında olarkən Fransanın şəhərləri separatçılarının saxta erməni şəhərləri ilə qardaşlaşırdılar. Bu barədə etiraz ediləndə isə mərkəzi hakimiyyət bildirirdi ki, onlar bələdiyyələrə təsir edə bilmirlər. Yalnız məhkəmələrə müraciət ediləndən və uzunmüddətli tələblərdən, o cümlədən çıxarılan məhkəmə qərarlarından sonra fransızların separatçılarla “qardaşlaşma” barədə qərarlar ləğv edilirdi. Həmin qərarlarda isə o da vurğulanırdı ki, bələdiyyələrin xarici siyasətlə məşğul olmaları qadağandır.

Müəllif: Rövşən

Digər xəbərlər