“Son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri Fransa prezidenti Emmanuel Makronun ikiüzlü və riyakar siyasətidir. Onun ikiüzlülüyü ilk dəfə deyildi. Makron Vətən müharibəsi ilə bağlı ölkəmizə ədalətsiz yanaşma göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.Onun sözlərinə görə, Makronun sonuncu müsahibəsi cavabsız qalmadı: “O, Azərbaycan ictimaiyyətinin çox sərt təpkisinə məruz qaldı. Bununla bağlı ən böyük təpkini, Makronun iç üzünü cənab İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının sonuncu iclasında göstərdi.Makronun müsahibəsini oxuyanda insan fikirləşir ki, bu elə ermənidən daha çox ermənidir. Onun bu riyakar yanaşması tək Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı dəfələrlə olub.Emmanuel Makronda utanmaq hissi yoxdur. Çünki Türkiyə prezidentini də dəfələrlə sərt tənqid edib və bir neçə müddət sonra özünü heç nə olmamış kimi aparıb”.Məlahət İbrahimqızı sözlərinə belə davam edib: “Makron ermənilərdən də betərdir. Onun bu müsahibəsini revanşist müsahibə kimi qiymətləndirirəm. Makron kimilər gəldi-gedərdi. O, belə çıxışlarla öz ölkəsini nüfuzdan salır.Makron əvvəlcə Fransanın Afrikada törətdiyi vəhşiliklərə baxsın. O, ilk olaraq öz tarixlərinə fikir versin”.
Ayşən Vəli