PDF Oxu

Siyasət

  • 2 813

Prezidentin uğurlu siyasəti nəticəsində Minsk qrupu tarixin arxivinə qovuşdu ŞƏRH

Prezidentin uğurlu siyasəti nəticəsində Minsk qrupu tarixin arxivinə qovuşdu ŞƏRH

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. 44 günlük müharibənin uğurlu nəticələri göstərdi ki, Azərbaycan dünya dövlətləri arasında öz sözünü deyir, daxili və xarici siyasətdə davamlı uğur əldə edir. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək.Cənab Prezident İlham Əliyevin Qırğızıstan və Qazaxıstana səfəri mühüm siyasi nəticələrlə yadda qaldı. Son dövrlər türk dünyası arasında dərin inteqrasiya meyilləri müşahidə olunur.Digər mesaj ATƏT-in Minsk qrupu ilə bağlı idi. Astanada çıxışı edən prezident qeyd etdi ki, Fransanın və ABŞ-ın timsalında bu heç nə yaramayan institutu bərpa etmək niyyətləri özünü biruzə verir. Bu baxımdan cənab Prezident İlham Əliyev 30 il ərzində danışıqların imitasiyası ilə və münaqişənin dondurulması ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi xəbərdarlıq etdi.Prezident Ìlham Əliyev MDB dõvlət başçılarının iclasında mədəni və diplomatik formada Azərbaycanın mənafeyini gücləndirib qoruyan xeyli açıq və Ermənistanı qəti tam ifşa edən və hətta Putinə eyhamlı iradlı, mükəmməl bir çıxış edib. Putinin Qarabağ barədə çıxışının izahını onun õzü və MDB liderləri qarşısında bu cür, birmənalı mahiyyətlilik vacibliyində verib. Yəni ki, cənab Putin, siz 10 noyabr Razılaşması şərtlərinə uyğun "Qarabağ Azərbaycanın tərkib hissəsidir" bəyanatları vermisiniz. Bunlar vacib açıqlamadır. Bundan başqa siz, həmin şərtlərin pozulmasına çalışanlar üçün, bunun intihar ola bilməsini şəxsən vurğulamışsınız. Yəni, özünüz də bəyan edirsiniz ki, razılaşmamızın şərtləri və Azərbaycanın ərazi bütõvlüyü intihardan qaçma qədər həyatı vacibdir. Bu halda, çalışın özünüz də pozmayıb digərlərini də pozmağa qoymayın. Məna budur. Azərbaycan tərəfinin bu cür tələbli və qəti mõvqeyi, qardaş Türkiyənin tez zamanla və mütləqlə Qarabağda olması, həm Beynəlxalq qüvvələrin də, Qarabağ məsələsini daim, xüsusi nəzərdə saxlayaraq Azərbaycanın tərkib hissəsi də saymaqla Rusiyanın sülhməramlı səlahiyyət həddini keçməməsinə diqqət ayırması, nəhayət, bu qalan prosesi də, bizim zəfərimizə yetirəcək. Biz 20% işğal altında olan torpağımızın təxmini 15%-ni müharibə və uğurla geri aldıq. O qalan 5 %-i də, bu cür, haqqın və qanunun bizim tərəfdə olduğu əsasda siyasət diplomatiya ilə alacağıq.Hər şeyi bir tərəfə qoyub, bütün elmlərin əsası olan əlahəzrət məntiqi əsas götürək. Əgər hərb elmi, ixtisasına malik olmayan, dõvlətin rəhbəri Ìlham Əliyev Ali Baş Komandan olaraq Qarabağ məsələsinin müharibə tərəfini bu cür, uğurlu bir zəfərlə başa vurdusa, məsələnin qalan kiçik bir siyasi-diplomatik hissəsini, siyasətçi, diplomat ixtisaslı, bilgili olaraq, daha mükəmməl edəcək.

Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər