PDF Oxu

Siyasət

  • 6 088

Füzuli şəhəri də sürətlə bərpa olunur ŞƏRH

Füzuli şəhəri də sürətlə bərpa olunur ŞƏRH

2020-ci il oktyabrın 17-də 29 ildən artıq işğal altında qalan, dağıdılaraq viran qoyulan Füzuli şəhəri erməni qəsbkarlarından azad edildi və üçrəngli bayrağımız bu şəhərdə yenidən ucaldılaraq dalğalandı. Vətən Müharibəsi bitəndən dərhal sonra digər şəhər və rayonlarımız kimi Füzuli şəhəri də sürətlə bərpa olunur, orada infrastruktur layihələri həyata keçrilir, şəhər gözəlləşir və abadlaşır. Ölkə başçısı Prezident İlham Əliyev 27 sentyabr 2022-ci il tarixində Fizuli rayonunda olmuşdur.O, Qaraxanbəyli kəndində çıxışı zamanı Qarabağdakı quruculuq işlərinə toxunmuş və "44 günlük Vətən müharibəsi şanlı tariximiz olduğunu bildirmişdir. Cənab pezident Azərbaycan xalqının bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovduğunu, bütün Azərbaycan xalqının birlik, iradə göstərdiyini qeyd etmişdir. Prezident, eyni zamanda, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün bizim azad edilmiş torpaqlarda qurub yaratdığımızı, şəhərlərimizin, kəndlərimizin bərpa olunduğunu, həm də şanlı Zəfərimizlə fəxr etdiyimizi, bu torpaqların sahibləri kimi bu torpaqlara yenidən həyatı qaytardığımızı qeyd edib.Azərbaycan prezidenti azad olunan ərazilərdə həyata keçirlən quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi kimlərdir.Azərbaycan Prezidenti hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılması barədə sərəncam imzalamışdır.

Azad Rzazadə
YAP Qaradağ rayon təşkilatının fəalı

Digər xəbərlər