PDF Oxu

Siyasət

  • 2 310

"Müharibənin yeni mərhələsinin başlayacağı gözlənilir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Müharibənin yeni mərhələsinin başlayacağı gözlənilir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya-Ukrayna müharibəsi daha da intensivləşmiş şəkildə davam edir. Putinin işğal edilmiş 4 bölgədə hərbi vəziyyət elanından sonra bölgədən insanların təxliyyəsi də sürətlənib. Yaxın günlərdə müharibənin yeni mərhələsinin başlayacağı gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.Onun sözlərinə görə, Rusiyaya qarşı gücləndirilən iqtisadi sanksiyalar və bu ölkənin hərbi itkilərini nəzərə alsaq, hazırda hədəf işğal edilən bölgələrin əldə saxlanılmasını təmin etməkdir: “Bu təminatın yolu 2 strateji xətdən keçir. Mülki obyektləri, yaşayış infrastrukturunu hədəf alaraq sivil insanların zərər görməsi və beləcə qarşı tərəfdə qorxu, vahimə yaradaraq masaya oturdulması. İkinci strateji xətt işğal siyasətini davam etdirərək, daha çox ərazini əldə etmək və öncədən ilhaq olunmuş bölgələrin qarantiyasını gücləndirməkdir. Lakin Rusiyanın 2 günə Ukraynanı məğlub etmək gözləntiləri suya düşdüyü üçün hərbi imkanlarının düşünüldüyü çərçivədə geniş olmadığını ortaya qoydu. Bu aspektdən baxsaq, Rusiyanın daha ağır müharibəyə girmək üçün indilik imkanlarının məhdud olduğunu söyləmək mümkündür. Deməli, üzərində dura biləcəyimiz ehtimal qarşı tərəfin masaya oturdulması xəttidir. Bir nüans da unudulmamalıdır ki, Rusiya Ukraynanın torpaqlarını itirməsi ilə barışmayacağını anlayır. Krımı belə taviz verməyən ölkə və xalq ərazisinin 20 faizini itirməyi qəbul etməyəcəyi üçün müharibə dayandırılsa belə yenidən başlayacağı gün kimi aydındır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər