PDF Oxu

Siyasət

  • 2 531

"Zəngilan Hava Limanının istifadəyə tam hazır olması..." - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Zəngilan Hava Limanının istifadəyə tam hazır olması..." - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına son səfərləri, açılışlarda və təməlyoqma mərasimlərdində iştirakları işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa prosesinin növbəti mərhələsidir". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.Onun sözlərinə görə, Azərbaycan dövləti tarixi Qələbədən ötən iki il ərazində azad edilmiş ərazilərdə sıfırdan nəhəng infrastruktur layihələri reallaşdırır: "Bu proses həm Qarabağın və Şərqi Zəngəzuru ölkəmizin ən müasir bölgəsinə çevirməklə yanaşı həm iqtisadi potensialını yüksəldir, həm də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını yaxınlaşdırır. Azərbaycan Prezidentinin müəyyən etdiyi bu qətiyyətli siyasət ölkəmizin mahiyyətini bütün dünyaya göstərir. İşğalçı Ermənistaının 30 ilə yaxın yerlə yeksan etdiyi tarixi torpaqlarımızın belə sürətlə bərpası, sosial obyektlərin tikilməsi, kommunikasiyaların bərpası Azərbaycan dövlətinin əsas hədəflərindəndir. Ölkə rəhbərliyinin prosesi mütəmadi olaraq diqqətdə və şəxsi nəzarətdə saxlaması deməyə əsas verir ki, bərpa işləri bundan sonra da ciddi şəkildə davam etdiriləcək. Xüsusilə də Prezident və birinci xanımın Ağalı sakinləri ilə görüşündə müşahidə olunan səmimi ortam, insanların üzlərindəki xoş təbəssüm, qurub yaratmaq əzmi həmişə olduğu kimi Azərbaycan ictimaiyyətində məmnunluqla qarşılanır. Biz sübut edirik ki, tarixi torpaqlarımızın sahibləriyik və bu ərazilərdə əbədi olacağıq. Bu gün Zəngilanda Beynəlxalq Hava Limanının açılışını da məxsusi vurğulamaq lazımdır. Azərbaycan cəmi iki il ərazində azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı inşa edib. 1 ilə yaxın müddətdə tikilən Füzuli Hava Limanından sonra Zəngilan Hava Limanının da istifadəyə tam hazır olması şübhəsiz ki, dövlətimizin iqtisadi imkanlarının bariz göstəricisidir. Bu kimi layihələrin reallaşması Qarabağ və Şərqi Zəngəzurun Cənubi Qafqaza inteqrasiyasını tezləşdirir, region ölkələirinin iqtisadi inkişafına mühüm töhvələr verir. Əminliklə demək olar ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə uğurla irəliləyəcək və bölgənin lideri kimi daha da önə çıxacaq".

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər