PDF Oxu

Siyasət

  • 3 476

İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunub

İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunub

Xocavənd rayonu Edilli kəndi Qarabağ silsiləsinin cənub-şərq ətəyindədir. Etnotoponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin 3 paytaxt şəhərindən birinin adı İdil, Volqa çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur. Edilli kəndi təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib, 15 oktyabr 2020-ci ildə isə şanlı Azərbaycan Ordusu kəndi azad edib.Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Bu konvensiyalardan biri isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir.Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatda iştirak etməyən mülki əhalinin girov götürülməsi qadağan edilmişdir. Sənəddə eyni zamanda hərbi əsirlərlə davranış qaydaları müəyyən edilmişdir. Lakin göründüyü kimi, erməni tərəfi beynəlxalq hüquqla müəyyən edilmiş müharibə qanunlarına məhəl qoymadan insanlıq faciəsi törətmişdir.Edilli kütləvi məzarlığı erməni vəhşiliyinin növbəti sübutudur. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən təkcə Xocavənd rayonunda deyil, o cümlədən Ağdam, Füzuli, Şuşa rayonları ərazisində fərdi və kütləvi məzarlıqların olması barədə məlumatlar daxil olub. Bu məlumatlar toplanmış materiallara, şahid ifadələrinə əsasən ümumiləşdirilmişdir. Artıq Dövlət Komissiyası bu məlumatlar əsasında həmin məzarlıqların yerini müəyyən edib, orada dəfn olunan insanların təxmini sayı müəyyənləşdirilib. Ardıcıl olaraq ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq. Bu günə qədər 4000-ə yaxın itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Dövlətdaxili cinayət hüququ və beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayət kimi tanınır.Bu cinayətlər beynalxalq arenada lazımi cəzasını almalı, cinayəti törədənlər hüquqi sferada cəzalandırılmalıdır. Erməni lobbisinin təsiri altında bizi təcavüzlə, qeyri-insani rəftarlarla ləkələməyə çalışan aparıcı dövlətlər və beynəlxalq təşkilatlar ikili siyasətlərindən əl çəkməlidir. Ermənistan hərbi cinayətkardır və buna görə də beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir.

Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri

Digər xəbərlər