PDF Oxu

Siyasət

  • 2 665

"Prezident təyin etdiyi kadrlara güvənir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident təyin etdiyi kadrlara güvənir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Bildiyimiz kimi, dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Bu səfərlərin çox böyük və tarixi əhəmiyyəti var. Çünki hər regiona səfər zamanı xeyli yeni tikililər təhvil verilir. Cənab Prezident həm onların açılışında iştirak edir, həm özü bir Prezident kimi monitorinq edir və baxış keçirir”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.Onun sözlərinə görə, bütün bunlarla bərabər, səfərlər həm də beynəlxalq tədbirlərə çevrilir: “Çünki Türkiyə Prezidenti də bu tədbirlərdə iştirak edir. Bir sözlə, regionlara səfərlər böyük əhəmiyyət kəsb edir”.Rauf Zeyni sözlərinə belə davam edib: “Əhalinin tez bir zamanda regionda yerləşməsi üçün işlərin sürətlə getməsi vacibdir və belə də olur. Bunların hamısını birbaşa cənab Prezident öz nəzarətində saxlayır. Bu çox ciddi məsələdir və zaman lazımdır. Mən, Qarabağda bütün bu işləri görən və rəhbərlik edən region rəhbərlərinin xidmətlərini yüksək dəyərləndirirəm. Bütövlükdə Qarabağda çox böyük işlər görülür. Ölkə Prezidenti də təyin etdiyi kadrlara güvənir. Tez bir zamanda işlər başa çatacaq və Böyük Qayıdış baş tutacaq. Əhalimizi oraya köçürməliyik ki, bu əraziləri yurda, vətənə və dövlətə çevirək”.

Ayşən Vəli

Digər xəbərlər