Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 19-da Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılmışdır. Tədbir iştirakçıları Ağdaş Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarının üzərinə və şəhidlər xatirə kompleksinin önünə gül dəstələri düzmüşlər.Tədbir Heydər Əliyev Mərkəzində davam etmişdir. Əvvəlcə Heydər Əliyev muzeyi ilə tanışlıq olunmuşdur. Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.Tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edən “30 il xalqın xidmətində” mövzusunda geniş məruzə ilə çıxış etdi.Tədbirdə partiya veteranı, rayon təşkilatının ilk sədri Qalib Həsənov və partiya fəalı, Ağdaş Mədəniyyət Mərkəzinin direktoru Turanə Şıxalıyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs etdilər.Tədbirdə çıxış edən YAP Vetranlar Şurasının sədri Arif Rəhimzadə bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqın istəyi əsasında yaranmış siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası xalqı və ölkəni çox ağır problemlərdən, məhv olmaq təhlükəsindən xilas edib. Müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təmilində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır.YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxışında dahi şəxsiyyətin siyasi kursunu müasir dövrümüzün tələbləri çərvçivəsində davam etdirən partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş böyük siyasətçi olduğunu bildirdi. Yeni Azərbaycan Partiyasının ötən 30 ildə əsas məqsəd və məramının ölkənin ərazi bütövlüyünə, suverenliyinə nail olmaq, xalqımızın layiqli həyat səviyyəsini təmin etmək olmasını qeyd etdi.Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Yeni Azərbaycan Partiyasının 30 il xalqın xidmətində olduğunu və ulu öndər Heydər Əliyevin amallarını özündə yaşatdığını, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin ideya mənbəyi rolunu oynadığını diqqətə çatdırdı.Sonda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının rayon Təhsil sektoru Ərazi partiya təşkilatı ilə birlikdə keçirdiyi “Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda inşa yazı və “Hər gün yeniləşən Azərbaycan” adlı rəsm müsabiqələrinin qalibləri Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri Fərmanı və hədiyyəsi ilə mükafatlandırıldı, rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupuna Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanları təqdim edildi, partiyaya yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi.
sia.az