PDF Oxu

Siyasət

  • 2 712

YAP fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTOLAR

YAP fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiyanın Mərkəzi Aparatının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəal gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir. SİA xəbər verir ki, oktyabrın 20-də YAP Nəsimi rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Partiya fəalları Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Onlar Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.

Digər xəbərlər