PDF Oxu

Siyasət

  • 2 304

Şəhid Natiq Baxşəliyevin xatirəsi anılıb ŞƏRH

Şəhid Natiq Baxşəliyevin xatirəsi anılıb ŞƏRH

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Baxşəliyev Natiq Saleh oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nəzakət Ələddinqızı

Digər xəbərlər