“Dünən Azərbaycan növbəti bir uğura imza atdı və yeni bir zəfər əldə etdi. Bu zəfərlərimizin sayı günü-gündən artır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.Onun sözlərinə görə, dünən Qarabağımızda, Zəngilanda Beynəlxalq Hava Limanının açılışı baş tutdu: “Bu açılış iki dost, qardaş ölkənin Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə oldu. Artıq Ərdoğanın Azərbaycana səfərləri, xüsusilə də Qarabağda olan açılışlarda iştirak etməsi bir ənənə halını alıb. Bu ənənə özü də bir daha dünyaya Azərbaycan-Türkiyə strateji partnyorluğunun dönməzliyini nümayiş etdirən əhəmiyyətli bir amildir.Biz Qarabağda, işğaldan azad olunmuş torpaqlarımızda qısa bir müddət, kapitulyasiya bəyanatından cəmi beş gün sonra yollar tikməyə, Zəfər yolunun inşasına başladıq. İnfrastruktur obyektlərinin tikintisinə başlanıldı və hazırda da Qarabağda quruculuq işləri davam etdirilir. Yolumuz Zəngəzurdur, yolumuz açıqdır. Bu yolda xalqımız, dövlətimiz, ordumuz birlikdə irəliləyəcək. Cənab Prezidentin də rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atılacaq”.
Müəllif: Səbinə Hüseynli