PDF Oxu

Siyasət

  • 3 218

Bu əcaib toplumun tarix boyu əməlləri göz qabağında olub - DEPUTAT DANIŞDI

Bu əcaib toplumun tarix boyu əməlləri göz qabağında olub - DEPUTAT DANIŞDI

“Ermənistan sülh istəmir. Ermənistan “sülh istəyirik” ifadəsi ilə danışıqlarda vaxt uzadır, baş qatır. Onlar sadəcə olaraq özlərini sülhpərvər kimi göstərmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.Onun sözlərinə görə, həqiqətdə isə bu əcaib toplumun tarix boyu əməlləri göz qabağında olub: “Bu gün də həmin əməllərini davam etdirirlər. Müxtəlif hiylələr, fırıldaqlarla vaxtı uzadıb, yenidən hazırlaşaraq nəsə etmək fikrindədirlər. Avropa İttifaqının mülki missiyası adlanan bir qrupun da Ermənistana dəvət olunması bu məqsədi güdür. Hələ məlum deyil ki, o mülki missiyanın tərkibindəkilər həqiqətən sülhməramlı olaraq gəliblər, yoxsa kəşfiyyata, Azərbaycana qarşı yeni qərəzli sənədlər hazırlayıb müzakirəyə çıxarmaq üçün buradadırlar. Ermənistanın istəyi ilə gəliblərsə, bu, hökmən Azərbaycan əleyhinə bir məsələ ilə bağlı olacaqdır.Ermənistan artıq müxtəlif dövlətlərlə müqavilələr bağlayıb, silah almaq, Azərbaycan-Ermənistan sərhəddinə qoşun, ordu, hərbi texnika yığmaqla məşğuldur. Belə olan halda biz Ermənistanın sülh niyyətində olduğunu deyə bilmərik. Buna görə də biz həmişə olduğu kimi yenə də ehtiyatımızı əldən verməməliyik və döyüşə hər zaman hazır olmalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər