PDF Oxu

Siyasət

  • 3 130

"Qarabağ və Şərqi Zəngəzur çiçəklənən diyara çevriləcək" - SAHİBƏ QAFAROV

"Qarabağ və Şərqi Zəngəzur çiçəklənən diyara çevriləcək" - SAHİBƏ QAFAROV

Zəngilan beynəlxalq hava limanın açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin bariz nümunəsidir. SİA xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.S.Qafarova bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində necə Azərbaycanın yanıda idisə, bu gün də quruculuq işlərində onun yanıdadır. “Azərbaycan Türkiyə ilə birgə gördüyü işlərlə bölgənin siyasi mənzərəsini dəyişəcək layihələri əzmlə həyata keçirir. Zəngilandan ötən gün dünyaya verilən mesaj ondan ibarət idi ki, biz öz əzəli torpaqlarımıza əbədi qayıtmışıq. Qarabağ və Şərqi Zəngəzur çiçəklənən diyara çevriləcək. Həyata keçirilən bütün quruculuq işləri də məhz bu məqsədə yönəlib”, - deyə spiker bildirib.

Ayşən Vəli

Digər xəbərlər