PDF Oxu

Siyasət

  • 2 998

“Ermənistanın sülh danışıqları vaxt qazanmağa yönəlib" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın sülh danışıqları vaxt qazanmağa yönəlib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanla Azərbaycan arasında 12-14 sentyabrdan sonra yeni bir danışıqlar mərhələsi başlamışdır. Ancaq Vaşinqtonun və Brüsselin vasitəsilə danışıqlar prosesi məhz Praqada dördtərəfli bəyannamənin imzalanması ilə davam edəcəkdi. Amma Ermənistan tərəfinin Azərbaycan ərazi bütövlüyünü tanıdığı rəsmi şəkildə elan edildi. Paşinyan da daimi qeyd edirdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq". Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, MDB-nin Astana sammitində dövlət başçısı İlham Əliyev məhz Ermənistana, Paşinyana mesaj kimi Zəngəzur dəhlizinin açılması və 10 noyabr birgə bəyannamənin xüsusilə, 4 və 9-cu bəndin yerinə yetirilməsini qeyd etdi: "Qeyd edim ki, ABŞ-ın milli təhlükəsizlik katibinin vasitəçiliyi ilə Vaşinqtonda görüş keçirilmişdi və orada sülhün detalları müzakirə olunmuşdur. Azərbaycan tərəfi də Ermənistana sülh müqaviləsi istiqamətində mətni verib. Amma Ermənistan tərəfi göründüyü kimi müxalifətə keçməsinə, növbəti hərbi zərbələr almasına baxmayaraq manipulyasiya edir. Biz Ermənistanın Hindistandan və digər ölkələrdən silah almasını, müdafiə nazirinin səfərlərini, yeni silah tədarükü istiqamətində apardığı danışıqları görürük. Həmçinin Ermənistanın Daşkəsən və Kəlbəcər istiqamətindən mütəmadi atəşkəsi pozması, yeni artilleriya vasitələri, hərbçilər yığdığını və hərbi səfərbərlik, toplanışlar həyata keçirdiyinin şahidi olduq".Politoloq onu da bildirib ki, əgər Ermənistan tərəfi sülh müqaviləsində maraqlı idisə əldə olunan razılaşmaları yerinə yetirməli idi və bu kimi silahlanma həyata keçirməzdi: "Ona görə də, düşmürəm ki, Ermənistanla sülh müqaviləsinin ilin axırına kimi bağlanmasına iki ay vaxt qalır və bu iki ay Ermənistanın atdığı addımlar birmənalı deyil və bu müharibəyə hazırlıq kimi başa düşülməlidir. Ermənistan tərəfi mütləq şəkildə bu siyasətindən əl çəkməlidir. Amma göründüyü kimi, Ermənistan bu siyasətindən əl çəkmir və onların sülh danışıqları sülh bəyanatları hesab edirəm ki, manipulyasiya və vaxt qazanmaqdır".

Müəllif: Gülyana

Digər xəbərlər