27 sentyabr 2020-ci ildə Prezidentimiz, Ali Baş Komandan erməni təxribatının qarşısını almaq üçün orduya döyüş əmri verdi. Hər birimizin qəlbində sanki bir günəş kimi doğdu Qarabağ həsrəti. Ordumuz qələbə sorağını çox gözlətmədi. Belə ki, oktyabrın 3-ü tarixi Suqovuşan ərazisi və yüksəkliyi,4 oktyabrda Cəbrayıl şəhəri, 19 oktyabrda Hadrut qəsəbəsi , 17 oktyabrda Füzuli şəhəri,20 oktyabrda Zəngilan şəhəri, 24 oktyabrda Qubadlı şəhəri, Xocavənd rayonunun çoxsaylı kəndləri, Xocalının bəzi kəndləri işğaldan azad olundu və nəhayət ordumuz Laçına daxil oldu.
Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlardır. Hadrut əməliyyatının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Ordumuzu orada gözləmirdilər,erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu onlar üçün gözlənilməz oldu . Ordumuz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə vaxt tələb edirdi.
Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvanlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə onlar,əslində, oradan qaçırdılar . Çünki, müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik hələ əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.
Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi.
Ard-arda hər gün Azərbaycan Prezidenti,Ali Baş Komandan İlham Əliyev xalqımıza qələbə sorağını verdikcə liderimizlə, güclü ordumuzla,qəhrəman, igid əsgərlərimiz,həmçinin xalqımızla qürur duyurduq. Lakin hər bir azərbaycanlının qəlbi Şuşada döyünürdü. Nəhayət,o gün gəlib çatdı. Müzəffər Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad elədi.8 noyabr 2020-ci ildə Ali Baş Komandanımız Ilham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciət edərək Şuşanın işğaldan azad olunması xəbərini elan etdi. Üçrəngli Azərbaycan Bayrağı artıq Şuşada dalğalanırdı. Bu hər bir azərbaycanlının arzusu ,sevinci, xoşbəxtliyi idi.
44 günlük müharibə müddətində düşmənin əksər texnikası məhv edildi. Onların bir çox hərbi texnikası ələ keçirilərək “Hərbi Qənimətlər parkı”-nda xalqa nümayiş olundu. Parkda Erməni Silahlı Qüvvələrinə məxsus olduğu deyilən Rusiya istehsalı tank, “Qrad” qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir.
Müharibəyə son qoyan Kapitulyasiya Bəyanatıdır. Azərbaycan dəfələrlə elan etmişdir ki , Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Azərbaycanın bu mövqeyi haqqında bəzi dövlətlər,o cümlədən, Rusiya məlumatlı idi. Azərbaycanın bu təklifinə reaksiya yalnız Şuşa şəhəri işğaldan azad ediləndən sonra oldu.
Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən artıq çox idi. Bütün bunlar belə avral rejimdə davam edirdi. Düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki , həmin mətndə reallıqlar nəzərə alınmalıdır. Bu reallıqlar nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir və 10 noyabr 2020 – ci il tarixində imzalanmış Bəyanat bu faktı təsdiq edir.
30 illik həsrətimizə son qoyduqdan qısa bir müddət sonra əraziləri minalardan təmizlədik
və tikinti-quruculuq işlərinə başladıq. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, uzunluğu 100 km-dən çox olan Zəfər yolunun inşası, dünyaya səs salan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurla gerçəkləşdirilməsi, Ağdam və Şuşa şəhərlərinin baş planlarının təqdim olunması, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu qəbildən olan layihələrin yalnız bir qismidir. Həyata keçirilən bütün işlər Azərbaycan xalqının sülhsevər missiyasının təqdimatına çevrilir. Azərbaycan xalqı azad edilmiş torpaqlarda gördüyü işlərlə qurucu, yaradıcı xalq olduğunu göstərir.
Xalqımız bir yumruq kimi birləşdi, bir oldu, qalib gəldi. Biz 30 illik həsrətimizə son qoyan igid oğullarımıza-şəhidlərimizə, qazilərimizə,onların gözü yaşlı qalan ailəsinə, üzlərini bir dəfə də olaun görmədikləri körpələrə borcluyuq.
Bu qələbə Ali Baş Komandanımızın , bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəffər ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir!
Yaşasın Azərbaycan Ordusu ! Yaşasın Azərbaycan xalqı ! Qarabağ Azərbaycandır !
334 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi: Hüseynova Gülşən