PDF Oxu

Siyasət

  • 2 318

Fransa zəifliyini ümidsiz yanaşmaları ilə göstərir ŞƏRH

Fransa zəifliyini ümidsiz yanaşmaları ilə göstərir ŞƏRH

2022-ci ilin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.Həmin iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak və çıxış edib. Azərbaycan prezidenti İlham Əliyev son dövrlər Ermənistan -Azərbaycan münasibətləri üzrə danışıqlar prosesində birtərəfli ermənipərəst mövqeyindən çıxış edən Fransanın hazırkı hakimiyyətinin tutduğu mövqeyi sərt şəkildə tənqid edib. O, Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçılarını 2022-ci ilin oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olunduğu və bu görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunduğu, lakin sonradan onların sayının 50 nəfərə dək artırıldığı, onların orada azı 2 ay olacaqlarını, bu missiyanın məqsədinin, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərmək olduğunu, bu səbəbdən bizim buna razılıq verdiyimizi, bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər olduğunu, ancaq bizim tərəfimizdən bu cəhdlərin qətiyyətlə rədd edildiyini, buna görə də missiyanın Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcəyini, 2022-ci ilin oktyabrın 13-də Avropa nümayəndələrinin birinci qrupunun bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana getdiyini qeyd edib. Azərbaycan prezidenti İlham Əliyev həmkarlarının diqqətini Fransa dövlətinin qeyri-konstruktiv mövqeyinə döğru yönəldib və Fransa dövlətinin Azərbaycana qarşı qərəzli mövqeyini tənqid edib. O deyib: "Lakin Fransa dövlətinin bu prosesdə nümayiş etdirdiyi mövqe xoşagələn deyil. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib”. Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı və Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Buna görə də biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.Prezident İlham Əliyev Fransa tərəfindən bəyan edilmiş “Fransa heç vaxt Ermənistanı atmayacaq” –bəyanatına da münasibət bildirib və bunun, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsi olduğunu, həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildini qeyd edib. Prezident İlham Əliyev deyib: “Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.Prezident bundan başqa, Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə yalan bəyanatlar verdiyini, baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb, Fransa Senatı və aşağı palatası tərəfindən İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul edildiyini, noyabrın ortalarına qədər Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlandığını, beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyinin əvvəlkilərdən fərqli olaraq, mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdiyi barədə də həmkarlarını məlumatlandırıb. Daha sonra Azərbaycan prezidenti Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildiyini, birinci hücumdan sonra Fransa Prezidentinin Azərbaycan prezidentinə bunun təkrarlanmaması məqsədilə tədbir görüləcəyi barədə telefonda vəd verdiyini, Lakin bunun, yumşaq desək, doğru olmadığığını qeyd edib. O bildirib ki, birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir” - deyə Azərbaycan prezidenti bəyan edib.

Prezident həmçinin Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədildiyini, sonuncu təcavüz aktının, terrorun da - Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri olduğunu qeyd edərək “biz Azərbaycanın diplomatik missiyalarının mövcud olduğu ABŞ-ın, Fransanın, Livanın və digər ölkələrin hakimiyyətlərini, - o ölkələrdə ki, onlar terrora məruz qala bilər, - məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq”-şəklində bəyanat verib.Daha sonra Azərbaycan prezidenti Ermənistan Respublikasını terrorçuluqda ittiham edərək deyib: "Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub”. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox mühüm əhəmiyyət daşıyan bir məqamı da qeyd edərək 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilməsinə, Azərbaycanın Bəyanatın bütün müddəalarını yerinə yetirməsinə, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin etməsinə baxmayaraq Ermənistanın Bəyanatın özünə aid hissəsini icra etmdiyini, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmədiyini, halbuki bunun, onun hüquqi öhdəliyi olduğunu, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarılmadığını bəyan edərək deyib: "Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq". Sonda Azərbaycan prezidenti bir daha Qarabağ ermənilərinin taleyi barədə fikrini bildirib və “Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib” şəklində qətiyyətli bəyanat verib.

QAFAR ƏLİYEV
YAP Qaradağ rayon təşkilatının sədri

Digər xəbərlər