PDF Oxu

Siyasət

  • 3 638

Qubadlı yeni inkişaf dövrünü yaşayır

Qubadlı yeni inkişaf dövrünü yaşayır

Müasir Azərbaycan tarixinin şanlı səhifələrindən biri və ən önəmlisi 44 günlük Vətən müharibəsidir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycan tarixində ən şərəfli səhifə olaraq qalacaqdır. Zəfər tariximizin ən qürurverici hadisələrindən olan Qubadlı zəfəri isə böyük tarixi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvəlləri tərəfindən işğal edilmişdir. Rayon işğal edilərkən bir şəhər, 93 kənddən ibarət idi. Qubadlı rayonu Qərbdən 122 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın və Xocavənd rayonları, Şərqdən Cəbrayıl rayonu, Cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun ərazisi bir çox təbii sərvətlər, faydalı qazıntı ehtiyatları ilə zəngindir. Rayonun ərazisi təbii dərman bitkiləri ilə bol ehtiyata malik eyni zamanda rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.Bütün bu zəngin ehtiyatlara malik tarixi yurd yerimiz işğal dövründə qanunsuz şəkildə istismar olunmuş eyni zamanda Cenevrə konvensiyalarına zidd olaraq ərazidə mənfur düşmən tərəfindən bir çox cinayətlər törədilmişdir. Uzun bir dövr işğal altında qalan doğma vətənimizin ayrılmaz parçası olan Qubadlı təkcə qubadlıların deyil, eyni zamanda bütün Azərbaycan xalqının yurd nisgili olmuşdur. Bu həsrətə isə 2020-ci il 27 sentyabr tarixində başlamış Vətən müharibəsinin Qələbəsi nəticəsində son qoyulmuşdur. Qubadlının azad edilməsi tarixi hadisə olmaqla yanaşı böyük Qələbənin müjdələrindən idi. Qubadlı əməliyyatı İkinci Qarabağ döyüşlərinin ən gərgin döyüşlərindən olmuşdur. Baxmayaraq ki, düşmən şəhərdə güclü istehkamlar yaratsada, Azərbaycan ordusunun qəhrəmanlığı, şücayəti nəticəsində ilk növbədə şəhərə hakim olan yüksəkliklər ələ keçirilərək, o cümlədən ətrafda yerləşən kəndlər, həmçinin Xanlıq qəsəbəsi, Padar, Sarı yataq, Mahmudlu kəndləri və bir sıra strateji yüksəkliklər azad edilmişdir. 2020-ci il oktyabrn 25-də 27 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək Qubadlı sevincini xalqımıza bəxş etdi. 2020-ci il noyabrn 26-da Qubadlının azad olunmasına görə medal təsis edildi. Vətən müharibəsi zamanı Qubadlının azad olunması istiqamətində gedən döyüşlərdə şəxsi igidlik və böyük şücayət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa quruculuq işləri sürətlə aparılır. Sevindirici haldır ki, görülən işlərə prezidentimiz cənab İlham Əliyev şəxsən nəzarət edir, tapşırıq və tövsiyyələrini verir. Bu bir daha onu mümayiş etdirir ki, işğaldan azad edimiş ərazilərə dövlət başçımız xüsusi diqqət göstərir.2020-ci il 23 dekabr tarixində Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını qaldırması isə tarixi hadisə olmaqla yanaşı, qubadlılarla yanaşı, bütün Azərbaycan xalqının ümumi sevincinə səbəb oldu. Bundan sonra 25 oktyabr tarixi Azərbaycan dövlətinin tarixində Şanlı səhifə olaraq qalacaqdır.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər