"Zərurət yaranıb ki, biz 30 il bundan öncə qəbul etdiyimiz qanunu dəyişməliyik. Bu zərurət ondan qaynaqlanır ki, çoxpartiyalı sistemə keçirik. Bu yolda biz dünya təcrübəsini də öyrənməliyik". SİA xəbər verir ki, bu sözləri “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.Onun sözlərinə görə, ənənəvi partiyalar və sistemlər artıq rəqəmsal dünyada öz gücünü dəyişdirir: "Məsələn, İtaliyadakı son seçkiləri buna misal çəkə bilərəm ki, 1 il öncəki partiya qalib gəlib və hökuməti formalaşdırıb".
Ayşən Vəli