PDF Oxu

Siyasət

  • 3 162

"Gürcüstan səfəri, sadəcə, işgüzar səfər deyil" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ

"Gürcüstan səfəri, sadəcə, işgüzar səfər deyil" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfər edib. SİA bu barədə Milli QHT Forumunun Prezidenti Rauf Zeyninin fikirlərini öyrənib.Onun sözlərinə görə, bu səfər çox böyük əhəmiyyət kəsb edir: "Çünki Cənubi Qafqazda sülh, təhlükəsizlik, qarşılıqlı əlaqələrin gücləndirilməsi, birgə meqa layihələrin həyata keçirilməsi, sabitliyin, inkişafın təmin olunması, əməkdaşlıq və bir sıra başqa məsələlərin müzakirəsi mütəmadi olaraq ölkə Prezidentinin səfərlərində öz yerini tutur.Bu gün də Gürcüstanda səfərin olması və səfər çərçivəsində həyata keçirilən bütün danışıqlar regionun gələcək inkişafının təmin olunması üçündür. Çünki bu günləri region gərginlik yaşayır".Rauf Zeyni sözlərinə belə davam edib: "Əlbəttə ki, Qarabağın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunması regionda yeni vəziyyət yaradıb. Region ölkələri də bu vəziyyətə uyğunlaşmalıdır. Ona görə də bu məsələ ilə əlaqədar olara istər "3+3" formatında, istərsə də ikitərəfli əməkdaşlığın inkişafı vacib amillərdir. Bu baxımdan, Gürcüstan səfəri, sadəcə, işgüzar səfər deyil. Bu, eyni zamanda, bütün strateji məsələlərin müzakirəsinə yönəlib. Səfərdə əldə olunan nəticələr Azərbaycan-Gürcüstan əlaqələrinin inkşafına xidmət edəcək".

Ayşən Vəli

Digər xəbərlər