PDF Oxu

Siyasət

  • 3 621

Cəbrayıl yeni inkişaf dövrünə qədəm qoyur ŞƏRH

Cəbrayıl yeni inkişaf dövrünə qədəm qoyur ŞƏRH

İki qardaş ölkənin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən keçən ilin 26 oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılışı kimi, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq hava limanının açılışı da çox mühüm hərbi strateji bir layihə olmaqla yanaşı, həm də dünyaya növbəti sülh və əməkdaşlıq mesajıdır. İşğaldan azad olunmuş ərazilərində Azərbaycanın ikinci, Şərqi Zəngəzurun isə ilk hava limanı - Zəngilan Beynəlxalq Hava Limanı da qısa müddətdə yüksək standartlar əsasında inşa edildi və istifadəyə verildi. Azərbaycan və Türkiyə prezidentlərinin açılış mərasimində iştirak etməsi, səslənən bəyanatlar bölgənin yeni reallıqlar əsasında inkişafının göstəricisidir. Açılış mərasiminin məhz Zəngilanın işğaldan azad olunmasının ikinci ildönümündə baş tutması, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması təbii ki, xüsusi məna daşıyır. Dövlət başçısı İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan və Türkiyə bərpa edilən Qarabağda və Zəngəzurda da bir yerdədir. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir.Bu gün Azərbaycan həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava məkanının təhlükəsizliyini təmin etmək gücündədir. Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə və plan üzrə getdiyini bir daha təsdiqləyir. Bu limanların inşası həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyət daşıyır. Hər iki hava limanlarının inşası bu ərazilərdə nəqliyyat infrastrukturunun kompleks həllinin tərkib hissəsidir. Füzuli və Zəngilan hava limanları beynəlxalq statuslu hava limanlarıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır. Hava limanları iqtisadi baxımdan vacibdir. Ona görə ki, Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının reallaşması, burada istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanları mühüm əhəmiyyət kəsb edir. Füzuli və Zəngilan hava limanlarının uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun müvafiq avadanlıqlarla təchiz olunub və bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.Hal-hazırda Laçında da nadir hava limanı inşa olunmaqdadır. Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təbii ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq. Nəticədə azad olunmuş ərazilərimiz iri nəqliyyat qovşağına çevriləcək. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa prosesi böyük qayıdışın təmin olunmasına hesablanıb. Soydaşlarımız bərpa işlərindən sonra azad edilən ərazilərə qayıdaraq, öz dədə-baba yurdlarında təhlükəsiz şəraitdə yaşayacaqlar. Dövlət başçısı İlham Əliyevin də söylədiyi kimi, bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Azərbaycan dövləti onların qayıdışı üçün bütün tədbirləri görür.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər