Fransız hüquq müdafiəçisi: “Mən əsla düşünmürəm ki, Ermənistan tərəfindən törədilmiş və Qarabağ münaqişəsinin ən qaranlıq səhifəsi olan Xocalı qətlimamını sizin dediyiniz və iddia etdiyiniz kimi “Ermənistanın tolerantlıq uğrunda mübarizəsi” adlandırmaq olar”
Fransanın tanınmış hüquq müdafiəçisi Tyeri Vallenin ölkə prezidenti Emmanuel Makronun siyasətini kifayət qədər dolğun və reallığa uyğun şəkildə tənqid atəşinə tutması davam edir. Belə ki, adıçəkilən hüquq müdafiəçisinin nüfuzlu "Causeur" dərgisində Makronu riyakarlıqda ittiham etməsi özünü ən sərt şəkildə sərgiləyib.O, Makronun erməniləri az qala “dünyanın ən tolerant xalqı” kimi təqdim etməsinə layiqli cavabını verib. SİTAT: “Mən əsla düşünmürəm ki, Ermənistan tərəfindən törədilmiş və Qarabağ münaqişəsinin ən qaranlıq səhifəsi olan Xocalı qətlimamını sizin dediyiniz və iddia etdiyiniz kimi “Ermənistanın tolerantlıq uğrunda mübarizəsi” adlandırmaq olar”.
Tyeri Valle: “Bütün bunları bilə-bilə danışmadığınız halda siz Fransanın əsas prinsiplərindən olan “Bərabərlik” şüarına etinasızlıq göstərirsiniz”
Tyeri Valle bu xüsusda əsl insanlıq xüsusiyyətlərini və gerçəkliyi əks etdirən bu faktı ilə Emmanuel Makronun dar düşüncəsini sözün əsl mənasında yerdən-yerə vurub, onun baxış bucağını heçə endirib. Belə ki, fransız hüquq müdafiəçisi ədalətli mülahizəsini davam etdirməklə yazıb: “Bütün bunları bilə-bilə danışmadığınız halda siz Fransanın əsas prinsiplərindən olan “Bərabərlik” şüarına etinasızlıq göstərirsiniz”.Makronun riyakar və rüsvayçı siyasi davranışı üzərində yetkin mükamilə aparan və kifayət qədər maraqlı faktları ortaya çıxaran hüquq müdafiəçisi Fransa prezidentinə tövsiyə edib ki, o erməni təcavüzünü, vəhşiliyini malalaması yerinə gerçək dəyərlərə sədaqətini qorumalı, Ermənistandakı dostlarını əvvəlki rejimlər tərəfindən törədilmiş Xocalı cinayətini tanımağa çağırmalıdır.“Bu, Fransanın Cənubi Qafqaz regionunda həqiqətən də çox vacib olan barışıq prosesinə töhfə olardı”, deyə müəllif qeyd edib.
Hüquq müdafiəçisi: “Siz öz bəyanatınızla Cənubi Qafqazdakı zərif sülhü və erməni-azərbaycanlı münasibətlərinin normallaşması istiqamətində fəaliyyət göstərən Avropa İttifaqının rolunu təhlükə altında qoydunuz”
Tyeri Valle öz möhtəşəm məqaləsini tanınmış hüquq müdafiəçisi, “Xocalı: Barışıq naminə tanı” koalisiyasının üzvü, “Srebrenitsa Anaları” assosiasiyasının sədri Munirə Subaşiçin oktyabr ayının əvvəlində BMT-nin İnsan Haqları Şurasının Cenevrədə Xocalı soyqırımı ilə bağlı keçirilmiş konfransdakı sitatı ilə sona çatdırıb: “Etimadsız barışıq və həqiqətsiz etimad ola bilməz”.Xatırladaq ki, Tyeri Valle sözügedən məqaləsində Fransa prezidenti Emmanuel Makronun Qarabağla bağlı səsləndirdiyi ermənipərəts bəyanatını da hədəfə alıb. Onun Makrona üvnalnadığı açıq məktubunu da məhz "Causeur" dərgisi dərc edib. “Siz öz bəyanatınızla Cənubi Qafqazdakı zərif sülhü və erməni-azərbaycanlı münasibətlərinin normallaşması istiqamətində fəaliyyət göstərən Avropa İttifaqının rolunu təhlükə altında qoydunuz”, deyə o bildirib.Valle onu da bildirib ki, tərəflərin Praqada qarşılıqlı olaraq bir-birlərinin suverenliklərini tanımaları imkanının yaranması fonunda Fransa prezidentinin “Qarabağ Ermənistanın qəlbidir” bəyanatını səsləndirməsi yalnız beynəlxalq hüquqa göstərilən hörmətsizlik deyil, həm də danışıqlar prosesindəki uğurlara xələl gətirir. Hüquq müdafiəçisinə görə bu, Fransa diplomatiyasının son illərdəki ən pis addımı kimi qiymətləndirilməlidir.
Rövşən RƏSULOV