PDF Oxu

Siyasət

  • 2 522

Lerikdə şəhid Ağamid Ağacəfərlinin anım mərasimi keçirilib

Lerikdə şəhid Ağamid Ağacəfərlinin anım mərasimi keçirilib

Bu gün Lerik rayonunda Vətən Müharibəsi şəhidi Ağacəfərli Ağamid Şirzaid oğlunun anım mərasimi keçirilib. Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə,təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları və şəhidin ailə üzvləri şəhidin məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Qeyd edək ki, şəhid Ağacəfərli Ağamid 1995-ci il yanvarın 23-də Lerik şəhərində anadan olub. Orta təhsilini Azərbaycanın Milli Qəhrəmanı şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. 2020-ci ilin 30 sentyabr tarixində könüllü olaraq Lerik Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçərək kəşfiyyatçı kimi müharibəyə yollanan qəhrəmanımız verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməklə düşmənə sarsıdıcı zərbələr endirib. Füzulinin, Qubadlının işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edib. 26 oktyabr 2020-ci il tarixində Qubadlı istiqamətində gedən döyüşdə qəhramancasına şəhid olmuşdur.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Ağacəfərli Ağamid Şirzaid oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

sia.az

Digər xəbərlər