Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar olaraq “YAP”-ın “Qızıl Fondu” sayılan “91”-lərlə görüş keçirilir. SİA xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, “91-lər"in nümayəndələri professor Hacan Hacıyev, dosent Allahverdi Hacıyev və professor Fikrət Rzayev çıxış edəcəklər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Müəllif: Abutel İlhamqızı