PDF Oxu

Siyasət

  • 3 550

YAP Zəfər qazanmış ölkənin hakim partiyasıdır

YAP Zəfər qazanmış ölkənin hakim partiyasıdır

Quba rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının(YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib. Sonra tədbir iştirakçıları Quba Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev YAP-ın ölkəmizdə ən nüfuzlu partiya olmasını bir daha xatırladaraq söyləyib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət məsələlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bunlar Yeni Azərbaycan Partiyasına olan inamı, etimadı daha da gücləndirib və sarsılmaz edib.YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın inkişaf və tərəqqisinin inkişafı naminə, özünü bu partiyada gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası xalqımızın Ümummilli Llideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, bu gün ölkəmizi ən böyük nailiyyətlərə yetirmiş Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası həm ölkə daxilində, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. YAP İdarə Heyətinin üzvü Elnarə Akimova vurğulayıb ki, 30 illik yubileyə Yeni Azərbaycan Partiyası zəfər qazanmış bir ölkənin hakim partiyası olaraq daxil olur.Tədbirdə, həmçinin Vətən müharibəsi qəhrəmanı polkovnik Nizami Mövlanov, Vətən müharibəsi qəhrəmanı Mehrab Niftəliyevin valideyni, partiyanın fəal gənci Tahirə Rzayeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının 30 il şərəfli yol keçən, qələbələr partiyası olduğunu vurğulayıblar. Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə, bir qrup şəxs Fəxri Fərmanla təltif edilib. Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər