Avropanın “Europian Times” media resursu Xocalı qətliamı ilə bağlı məqalə ilə çıxış edib və erməni tərəfinə təşəbbüs irəli sürüb ki, onlar Ruandanın və CAR-ın təcrübəsindən istifadə etməklə “keçici ədalət” modelini qəbul edə bilərlər.SİA xəbər verir ki, adıçəkilən media resursu xəbər portalı olması ilə yanaşı, dünyanın 20 ölkəsində fəaliyyət göstərən və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış avropalı ekspertlər şəbəkəsi ilə işləyir.Məqalənin müəllifi, Danimarkadan olan hüquq müdafiəçisi Başi Qureyşi Nelson Mandela tərəfindən Cənubi Afrikada aparteidə son qoymasından və Ruandadakı soyqırımının nəticələri aradan qaldırıldıqdan sonra Həqiqət və Barışıq Komissiyasının təcrübə analizini aparıb. Belə ki, “keçici ədalətlin” tətbiqinin təməl məqamında iki komponent mövcud olub – günahkarın törətdiyi cinayətini publik şəkildə etiraf etməsi və mövzunun münaqişə tərəfləri arasında azad müzakirəsi.Müəllif hesab edir ki, oktyabrın əvvəlində BMT-nin Cenevrədə keçirilmiş insan haqları üzrə 51-ci sessiyası çərçivəsində “Xocalı: barışıq naminə etiraf et” Koalisiyasının tədbirinin təşkili mövcud istiqamətdə mühüm addım kimi qiymətləndirilməlidir.Məqalədə qeyd olunur ki, BMT-nin tədbirində çıxış edən Srebrenitsa anaları Assosiasiyasının prezidenti Munirə Subaşiç Xocalıda və Srebrenitsada törədilmiş cinayətlərin forma və motivlərinin bənzər olduqlarını bildirib, eyni zamanda erməni tərəfinə təklif edib ki, qarşı tərəf Xocalıdakı soyqırımı aktını törətdiyini etiraf etməli və qurbanlar qarşısında ictimai üzr istəməlidir. Belə ki, bu həm də münaqişənin vurduğu yaraların aradan qaldırılması istiqamətində hər iki ölkənin vətəndaş cəmiyyətlərinin müvafiq mövzu üzrə açıq dialoquna da şərait yaradacaq.“Yalnız cinayəti etiraf etmək barışığa doğru yolu aça bilər”, deyə müəllif yazıb.
Müəllif: Rövşən