PDF Oxu

Siyasət

  • 3 408

Vahid və avanqard siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası

Vahid və avanqard siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının H.Cavid pr.129 (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, H.Cavid pr.129 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Məmməd Əliyev və ərazi partiya təşkilatının üzvləri iştirak edib.Tədbirin rəsmi hissəsində öncə AMEA Mərkəzi Elmi Kitabxanasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə AMEA Mərkəzi Elmi Kitabxananın inzibati binasında təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə video çarx nümayiş olunub.İştirakçıları salamlayaraq, tədbiri açıq elan edən AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, H.Cavid pr.1292 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Məmməd Əliyev tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd edib. Məqsəd və məramının qüdrətli, müstəqil və inkişaf etmiş Azərbaycan olan YAP-ın 30 il ərzində şərəfli bir yol keçdiyi xüsusi vurğulanaraq qeyd olundu ki, banisi və qurucusu Ulu Öndər Heydər Əliyev olan bu siyasi təşkilat bu gün cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında sıx birləşdirməkdədir. Bu gün YAP Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirməkdədir.Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib. Vurğulanıb ki, hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlarda xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilən YAP-ın mühüm rolu olub. Ümummilli Lider Heydər Əliyev vaxtilə bu barədə danışarkən deyib: "YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır". Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Son illər Azərbaycanın dünya arenasında nüfuzunun xeyli artması digər dövlətlərin ölkəmizə marağını daha da gücləndirib. Respublikamızın dinamik inkişaf tempi dünyanın aparıcı dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Bunun əsas səbəblərindən biri heç şübhəsiz, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun cəmi 44 gündə doğma torpaqlarımızı düşmən tapdağından azad etməsi və regionda yaranan yeni reallıqların yaranmasıdır. B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyaya üzv olan bütün əməkdaşları təbrik edib.Çıxış edən ərazi partiya təşkilatının üzvü Şölə Hüseynova partiyanın keçdiyi 30 illik şərəfli yolun xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləməklə, müstəqil Azərbaycanın Yeni Azərbaycan Partiyası ilə birgə uğurlu gələcəyə doğru böyük inamla irəliləməsini qeyd edib.Tədbirin sonunda partiyaya üzv olan bir qrup şəxsə Fəxri Fərman təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər