PDF Oxu

Siyasət

  • 2 740

«Bizim yumruğumuz bizim birliyimizdir» - Bu, Prezident İlham Əliyev Cənablarının əsl siyasətidir

«Bizim yumruğumuz bizim birliyimizdir» - Bu, Prezident İlham Əliyev Cənablarının əsl siyasətidir

Bəli, güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir".Və Qalib Liderimiz, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə 44 gün ərzində Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə 30 illik həsrətə son qoyaraq “Qarabağ Azərbaycandır!” əsl sahibinə – Azərbaycanımıza qaytarıldı.Dövlət başçımızın dediyi kimi: “Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”. Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq. Dəfələrlə «Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq” istəyi ilə yaşayan xalqımızın istəklərini Qalib Liderimiz «Dəmir siyasəti» ilə 44 gün davam edən İkinci Vətən Müharibəsini Zəfərlə başa vuraraq yerinə yetirdi. 1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da, 2020-ci il noyabrın 8-də - 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü ilə 28 il həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi. Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: «Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq».Və bu gün bu birlik, Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın iradəsi və Ordumuzun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu. Haqq və ədalətin bərpası isə əlbəttə ki, şəhidsiz, qazisiz ötüşmədi. Hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq, qazi olaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdilər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edildi. Məhz onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı, xüsusilə gənc nəsil üçün örnək olmalıdır. Çünki Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət göstərdilər, vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş gənclər torpaqlarımızı işğalçılardan azad etdilər. İşğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşdular. Bu, bir tarixi hadisə idi və Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Məhz 44 günlük Vətən Müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü və birliyini göstərdi. “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı qələbə, zəfər tarixi yazdı.Bəli, 44 günlük Vətən Müharibəsi bir daha Prezident İlham Əliyev cənablarının dünya miqyasında LİDER siyasətçi olduğunu bir daha göstərdi. Dəmir yumruğa çevrilən 44 günlük Vətən Müharibəsinin Qələbə sevincimizi nümayiş etdirən ZƏFƏR PARADIMIZ bunun sübutudur. Dövlətimizin başçısı İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu «Dəmir yumruq» onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc, həmrəylik yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz də var: "İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".Bəli, bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. Bax, budur uğurlu siyasət! Bu həm hərb meydanda, həm də danışıqlar masasında – Prezident İlham Əliyev qətiyyətidir! Və məhz bu siyasətin nəticəsində biz Qələbə qazandıq. Haqq, ədalət, Azərbaycanımızın bütövlüyü bərp olundu. Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,
«Modern ailə və inkişaf» İctimai Birliyinin sədri

Digər xəbərlər