Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə QafarovaMüstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) 54-cü plenar iclasının yekunları iləbağlı mətbuat konfransında çıxış edib. SİA xəbər verir ki, Qardaş Özbəkistan torpağına, qədim və zəngin tarix və mədəniyyət nümunəsi olan gözəl Səmərqənd şəhərinə yenidən səfər etməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri göstərilmiş qonaqpərvərliyə və səmərəli iş üçün yaradılmış şəraitə görə Özbəkistan Respublikasının rəhbərliyinə, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevayatəşəkkür edib.
Onun sözlərinə görə, MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleya Şurasının növbəti iclası və 54-cü plenar iclas bir daha parlamentlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına sadiqliyi, habelə MDB PA çərçivəsində əlaqələrin genişləndirilməsinə olan marağı nümayiş etdirib.
Milli Məclisin sədri deyib ki, Parlamentlərarası AssambleyaMüstəqil Dövlətlər Birliyinin mühüm təsisatlarından biridir və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinətöhfə verir. İki gün ərzində bir sıra məsələlər üzrə məhsuldar müzakirələr aparılıb, 3 daimi komissiyanın və Gənclər Parlamentlərarası Assambleyasının iclasları keçirilib. Ötən müddət ərzində Gənclər Assambleyasına Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsinin sədrlik etdiyini xatırladan spiker Assambleyanın gənclər arasında dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə töhfə verdiyini bildirib.