PDF Oxu

Siyasət

  • 2 409

Azərbaycan-Gürcüstan münasibətləri inkişaf mərhələsində

Azərbaycan-Gürcüstan münasibətləri inkişaf mərhələsində

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri qonşu dövlətlərlə əlaqələrin genişlənməsidir. Bu baxımdan ölkəmizin digər ölkələrlə olduğu kimi, Gürcüstanla da münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Azərbaycan və Gürcüstan arasında münasibətlər sovetlər dönəmindən formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələrin təməli 1992-ci il noyabr ayının 18-də qoyulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı il mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrimizin inkişafına bilavasitə təkan vermişdir. Bu baxımdan cənab Prezidentin 24 oktyabr tarixli səfərinin Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə təkan verəcəyi sözsüz ki, böyük əhəmiyyət kəsb edir.Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib, Gürcüstanın Mçxeta rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub, Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər, “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Dövlət başçımız və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata verdiyi bəyanatda cənab İlham Əliyev Gürcüstan və Azərbaycan əlaqələri mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Dövlət başçımız qeyd edib ki, əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar, ölkələrimiz arasında dərin tarixi ənənələrə söykənən əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir.Azərbaycan Gürcüstan münasibətlərinin bundan sonra da qarşılıqlı etimad, mehriban qonşuluq münasibətləri çərçivəsində davam edəcəyini bildirdi.Prezident cənab İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinə diqqət çəkib. Dövlət başçımız Qarabağ münaqişəsinin başa çatdığını və iki ölkə arasında sülh müqaviləsinin imzalanmaq vaxtının gəlib çatdığını bildirdi. Azərbaycanın artıq bunun üçün beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim etdiyini diqqətə çatdırdı. Dövlət Başçımız Azərbaycanın niyyətinin Ermənistanla sülh müqaviləsi imzalamaqdan ibarət olduğunu bir daha bəyan etdi.Ticarət dövriyyəmizin artması bizi sevindirir deyən cənab İlham Əliyev qeyd etdi ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Dövlət başçımız Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirdiyini, Azərbaycanın Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyduğunu bildirdi. Təbii ki, Prezidentimizin də qeyd etdiyi kimi qoyulan sərmayə qarşılıqlı faydalı sərmayədir və bu sərmayə hər iki tərəfin maraqlarına cavab verir. Həyata keçiriləcək yeni layihələrdən bəhs edən Prezident İlham Əliyev bu layihənin elektrik enerjisi ilə bağlı olduğunu bildirdi. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Dövlət başçımız qeyd etdi ki, Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Prezidentimizin də söylədiyi kimi, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var.Dövlət başçımız çıxışı zamanı onu da bildirdi ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Onu da bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki,bunun üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Beləliklə Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verərək bir sıra tarixi məqamlarla yadda qaldı.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər