PDF Oxu

Siyasət

  • 2 284

Azərbaycan və Gürcüstan hər zaman qarşılıqlı anlaşma göstəribdir

Azərbaycan və Gürcüstan hər zaman qarşılıqlı anlaşma göstəribdir

Hətta Sovet dövründə belə Azərbaycanın bütün Postsovet ölkələri ilə münasibəti çox yaxşı olubdur. Xüsusəndə Azərbaycan tərəf hər zaman qonşuluq prinsipinə hörmətlə yanaşmışdır. Bu xoş münasibət qonşu Rusiya Federasiyasına, Gürcüstana və həmçinin Ermənistana göstərilmişdir. Düzdür ermənistan bu xoş münasibətə başqa cür qarşılıq verdi və sonda layiqli olan cavabını almış oldu. Lakin bu belə davam edə bilməzdir. Artıq günümüzdə müharibə bitmişdir və biz iki qonşu dövlət olaraq uzun müddət düşmən qala bilmərik. Azərbaycan hərb meydanında qalib gəlsədə, münaqişə bitəndən sonra sülh əlini beş prinsipə əsaslanmaqla ermənistana uzatmışdır. Qarabağ münaqişəsi artıq başa catmışdır və artıq vaxt gəlibdir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasın. Azərbaycanın niyyəti regionda, əsasəndə Cənubi Qafqazda sülh və əminamanlığın hökm sürməsidir ki, bunun hasil olması üçün çalışmaqdadır. Oktyabr ayının 24-də Cənab Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri olmuşdur. Bu səfərin əsas məğzi Regional əhəmiyyətə malik olan əməkdaşlığın genişləndirilməsi və Ticarət dövriyyəmizin artması olmuşdur. Səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri mətbuata bəynatla çıxış etdi. O çıxışında cənab İlham Əliyevin Gürcüstana işgüzar səfərə gəldiyinə görə səmimiyyətlə salamlayıb, ona təşəkkürünü bildirmişdir.Biz iki qonşu dövlət olaraq bilirik ki, Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətləri hər zaman yeni bir stimul vermişdir və bu münasibətlər çox dərin ənənələr üzərində qurulduğu hər kəsə məlumdur. Çox əsrlər boyu xalqlarımızın dostluq, qardaşlıq, mehriban qonşuluq şəratində yaşadıqları tarixən öz əksini tapmışdır.Bu gün artıq regionda yeni-yeni reallıqlar yaranmaqdadır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz dəsti-xətti və imzası ilə sözünü deməkdədir. Çünki Azərbaycanın siyasi lideri Cənab İlham Əliyev yürütdüyü uğurlu beynəlxalq siyasət ölkəmizi siyasi meydanda uğura daşımaqdadır. Yaşasın Azərbaycan Respublikası! Yaşasın Cənab Prezident!

Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər