PDF Oxu

Siyasət

  • 3 784

"8 noyabr tarixi Azərbaycanın ən şərəfli səhifələrindən biridir" - DEPUTAT DANIŞDI

"8 noyabr tarixi Azərbaycanın ən şərəfli səhifələrindən biridir" - DEPUTAT DANIŞDI

“2020-ci il 8 noyabr tarixi Azərbaycanın qədim və zəngin tarixinin ən şərəfli səhifələrindən biridir. Noyabrın 8-də Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu qəhrəmancasına Şuşa şəhərini azad etdikdən sonra düşmən diz çökməyə məcbur oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.Onun sözlərinə görə, Şuşa şəhərinin işğalına son qoyuldu: “Şəhərin azad olunması təkcə bir yerin azad edilməsi anlamına gəlmir. Şuşa həmin ərazi daxilindədirsə, demək ki, bütün Qarabağa nəzarət də ondadır. Qazanılan qələbə Azərbaycan xalqının milli, mənəvi ruhunu yüksəltdi, üstündəki ləkəni sildi. Dövlətimiz və millətimizin qarşısında yeni üfüqlər açdı. Biz bu qələbəni güclü iqtisadiyyat, qüdrətli millət, güclü dövlət başçısı, yenilməz sərkərdə, Ali Baş Komandanın sayəsində əldə etdik. Bütün millət dövlətin yanında oldu. Bu qələbə əraziləri işğal altında olan ölkələrin haqlarını müdafiə etmək üçün ümid çırağı oldu. Azərbaycan özü təkbaşına məsələni həll etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Beynəlxalq hüququ və haqq-ədaləti bərpa etdi. Buna görə də 8 noyabr tarixi Azərbaycanın ən şərəfli səhifələrindən biridir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər