Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Moskva pr.67 ("AzərSu" ASC) ünvanı üzrə ərazi partiya Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, "AzərSu" ASC-nin vitse-prezidenti Etibar Məmmədov, Moskva pr.67 ("AzərSu" ASC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib.Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.İştirakçıları salamlayaraq, tədbiri açıq elan edən Moskva pr.67 ("AzərSu" ASC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd edib. Vurğulanıb ki, 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyasına xalqımızın dəstəyi və məhəbbətinin əhəmiyyətli dərəcədə yüksək olması danılmazdır. Sonra çıxış üçün söz YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verilib.Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayıb:"Yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi bir anlarda - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün bir ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Həmçinin, 30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətimizin avanqardı rolunda çıxış edir. Birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 30 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının və bu kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut edir". B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyaya üzv olan bütün əməkdaşları təbrik edib.Çıxış edən "AzərSu" ASC-nin vitse-prezidenti Etibar Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi istiqamətində mühüm işlər gördü. Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, bu gün ölkəmizi tarixin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazanmaqdadır.Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş bir neçə nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri və eyni zamanda ərazi üzrə partiya təşkilatının bir neçə fəal üzvünə Fəxri Fərman təqdim olunub.
Nəzakət ƏLƏDDİNQIZI