8 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar olaraq YAP Şamaxı rayon təşkilatında “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzüsunda gənclərlə elmi praktik konfrans keçirilmişdir.Tədbirə başlamazdan öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş video çarx nümayiş etdirildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb, partiyamızın necə və hansı şəraitdə yaranmasından, bu günə qədər keçən dövr ərzində olan inkişafından, gənclərin partiya sıralarına üz tutması üçün kifayət qədər səbəblər olması barədə geniş şəkildə çıxış etmişdir. Sonra 6 saylı ərazi partiya təşkilatının sədr müavini Aytac Hacıyeva və Şamaxı Dövlət Regional Kollecinin müəllimi Fərid Niftəliyev öz çıxışlarında partiyanın yaranma zərurətindən, gənclərin partiyada fəal iştirakından və partiyanın inkişafı barədə ətraflı şəkildə çıxış etmişlər. Sonda YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı partiya sıralarına yeni qəbul olan Əhlimanlı Elmir Əmirmiyyə oğluna, İsgəndərov Ağamirzə Bəxtiyar oğluna və Mecdunov Ramin Raqib oğluna Yeni Azərbaycan Partiyasının vəsiqəsini təqdim etmişdir.
sia.az