PDF Oxu

Siyasət

  • 4 056

YENİ AZƏRBAYCAN PARTİYASI – BÖYÜK YOLUN YOLÇUSU TƏHLİL

YENİ AZƏRBAYCAN PARTİYASI – BÖYÜK YOLUN YOLÇUSU TƏHLİL
  • 30 illik yubileyini Yeni Azərbaycan Partiyası zəfər qazanmış bir ölkənin hakim partiyası kimi qeyd edir. Yalnız bu misilsiz qələbədə deyil, əs­lin­də, bu ­gün ölkənin adı ilə bağlı olan hər bir də­yər­li məqamda, uğur və nailiyyətlərdə bü­tün çə­tin­lik­lə­ri, irə­li­yə doğ­ru ad­dım­la­rı ilə bir­gə partiyanın birbaşa rolu və missiyası var. Və bu missiyanın da məhək daşına çevrilməsində bütöv bir ömür nisar etmiş qüdrətli şəxsiyyətin, tə­mə­li­ni qoy­du­ğu müa­sir Azər­bay­ca­nın ob­ra­zını yaratmış olan Ulu Öndər Heydər Əliyevin böyük siyasi gücü! Partiyanın öz obrazının hü­dud­la­rı və hü­dud­suz­lu­ğu məhz bu pa­ra­metr­də gö­rü­nür, ger­çək­lə­şir.Məlumdur ki, 21 no­yabr 1992-ci il­də Nax­çı­van şə­hə­rin­də Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın ya­ra­dıl­ma­sı, bö­yük döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin bu par­ti­ya­nın Səd­ri se­çil­mə­si ilə ye­ni qu­rul­muş gənc res­pub­li­ka­nın si­ya­si hə­ya­tın­da bö­yük dö­nü­şün əsa­sı qo­yuldu. Partiyanın hansı zərurətdən yaranması dövrün çətinliyindən doğmuşdu, məşhur bir ifadəni bir balaca dəyişib desək, Yeni Azərbaycan Partiyasını zəmanə özü yaratmışdı. 1990-cı illərin xaotik mənzərəsi hamımıza məlumdur. Biz həmin illərin sərt və kataklik prosesləri içindən çıxmış insanlarıq. Ölkə daxilində yaranmış hərc-mərclik, hərbi hissədə ard-arda qazanılan uğursuzluqlar, torpaq itkiləri, ölkənin ağır sosial böhranla sınağa çəkilməsi insanlarda sarsıntılı ovqat, depressiv durum yaratmışdı. Belə bir dönəmdə bir qrup ziyalı ümid yeri kimi məhz, Ulu Öndər Heydər Əliyevə müraciət etdi.Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyanın fəaliyyətində iştirak edəcəyinə ilk münasibətini 1992-ci il oktyabrın 16-da ona bu münasibətlə müraciət edən bir qrup Azərbaycan ziyalısına oktyabrın 24-də verdiyi cavabda belə dəyərləndirmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə bir partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.Həmin cavabda Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi təxminən səksəninci illərin əvvəllərindən başlanmış, keçmiş Sovet İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi olaraq meydana çıxmışdır. Bu mənada o, müstəqilliyimizi ayrı-ayrı təşkilatların və təsisatların adına bağlamağın düzgün olmadığını bildirirdi. Yeni Azərbaycan Partiyasının Sədri kimi Ulu Öndər Heydər Əliyevlə ilk müsahibəni 1992-ci il dekabrın 13-də Moskvada çıxan “Nezavisimaya qazeta” dərc etdi. Rus jurnalistin ilk sualı əslində yeni yaradılmış partiyanın siyasi xəttinin, daha doğrusu, onun liderinin siyasi görüşlərinin dünya miqyasında həssaslıqla müşahidə olunduğuna dəlil idi. Müxbir sual verirdi ki, “Yeni Azərbaycan adlı siyasi partiyanın yaradılması və sizin həmin partiyaya sədr seçilməyiniz təkcə respublikanızın kütləvi informasiya vasitələrində deyil, onun hüdudlarından xeyli kənarlarda da böyük əks-səda doğurmuşdur. Bəzi müşahidəçilər sizin partiyaya Azərbaycan Xalq Cəbhəsinə müxalif olan partiya kimi baxırlar. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının əsas məqsəd və vəzifələrini bilmək istərdim”.Bu, əslində həmin dönəmdə təkcə Rusiya ictimaiyyətinin deyil, dünyanın cavab tapmaq istədiyi sual idi. Ulu Öndər Heydər Əliyevin cavabı isə hədsiz dərəcədə korrekt və ümummilli məzmunda olmuşdur: “Yeni Azərbaycan Partiyası parlament tipli partiyadır və qəbul etdiyi proqramına uyğun olaraq, aşağıdakıları özünün məqsədləri hesab edir: Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi; milli, dini və dil mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının bərabər hüquqlara malik olduğu sivilizisiyalı, demokratik, hüquqi dövlət yaradılması. Lakin ön planda Azərbaycanın qarşısında duran ən mühüm və təxirəsalınmaz problemlərin həlli dayanır – hər şeydən əvvəl, respublikanın geniş miqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması, Qarabağ probleminin həll olunması, habelə ağır sosial iqtisadi böhranın dəf edilməsi. Partiyanın Siyasi Şurasına Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələri – ruslar, yəhudilər, talışlar, ləzgilər, kürdlər və başqalarlı daxildirlər. Partiyanın roluna gəldikdə isə onun lap əvvəldən müxalifət kimi yaradıldığını söyləmək, zənimcə, düzgün deyildir. Bu partiyanın rolunun dar mənada başa düşülməsidir. Partiya özünün qarşısına daha miqyaslı məqsəd və vəzifələr qoyur”.Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının müxalifət partiyası deyil, cəmiyyəti, toplumu, o dönəmdə isə parçalanmaq təhlükəsi qarşısında qalan Azərbaycanı birləşdirmək missiyasını boynuna götürmüş ümummilli partiya olduğunu bəyan edirdi. Bu gün 30 yaşa adlamış Yeni Azərbaycan Partiyasının bioqrafik məzmununa da elə bu siyasi manifestin gerçəkliyindən baxmaq lazımdır. Bu kontekstdən baxanda isə görmək çətin olmur. Partiya keçdiyi 30 ildə hər zaman həm birləşdiricilik missiyasına, həm də dürüst ideoloji dövlətçilik mövqeyinə sadiq qalmışdır. Ona görə İkinci Qarabağ savaşının başlandığı dönəmdə Yeni Azərbaycan Partiyasının Ali Baş Komandanın, xalqın və ordunun yanında olması təəccüb doğurmamalıdır. Bu, onun illərlə gəldiyi yolun məntiqi sonucu idi.Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyev partiyanın qarşısında dayanan əsas məqsəd olaraq, iki mühüm məqama vurğu salırdı: “hər şeydən əvvəl, respublikanın geniş miqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması, Qarabağ probleminin həll olunması”. Birinci məsələni çox keçmədən özü həll etməyi bacarmışdı. Adını tarixə Xilaskar lider olaraq yazdıran Heydər Əliyevin həyаtа keçirdiyi siyаsət qlоbаl mаhiyyətinə görə bənzərsiz tаriхi mərhələdə Аzərbаycаnın gücünə və Аzərbаycаn ictimаi fikrinin təməl daşına çevrilmişdir. XX yüzilliyin sonunda Ərəbistаndаn Qаfqаzа qədər dаlğаlаnаn siyаsi ziddiyyətlərin Аzərbаycаnа yаnsımаmаsı, Аzərbаycаnın Şərqdə də, Qаfqаzdа dа müstəsnа bir dünyа dövləti kimi öz sаbitliyini və hər mənаdа müstəqilliyini qоruyub sахlаmаsı, Аzərbаycаnın Şərqdə unikаl, tоlerаnt bir Аvrоpа dövləti kimi təzаhür etməsi Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin gücünə, onun ümummilli mаhiyyətinə ən mükəmməl və etibаrlı sübutdur.Ulu Öndər Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləriylə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirən Ulu Öndər Heydər Əliyevin atdığı bütün addımları milli məfkurənin gəlişməsinə imkan yaratmaq məqsədi güdürdü. Heydər Əliyev bu məqsədə doğru sovet hakimiyyətinin ən kəskin dövrlərində yüksək tribunada təmsil olunarkən irəliləmişdir, yüksək kürsülərdən Azərbaycanın sözünü deməyə cəsarət və hünər göstərmişdir. “Kitabi- Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə bağlı imzaladığı sərəncam, 1981-ci ildə Nizami Gəncəvinin 840 illiyinin bütün SSRİ miqyasında keçirilməsinə nail olması, 1973-cı ildə İmadəddin Nəsiminin ilk anadilli divanını çap etdirməsi, 1978-ci ildə Azərbaycanın dövlət himnini dövriyyəyə gətirməsi, 1982-ci ildə Şuşada Vaqifə məqbərə ucaltması, yenə də 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirin uzaq Tayşet vilayətindən vətənə gətizdirməsi, ona Naxçıvanda məqbərə ucaltması və s. kimi mötəbər, eyni zamanda böyük hünər tələb edən əməllər məcmusu Ulu Öndər Heydər Əliyevin minillik dövlətçilik tаriхimizə milli məfkurəyə istinаd edən ilk və yeni Аzərbаycаn dövlətinin qurucusu kimi dахil оlmasına imkan verir. Ona qədər Аzərbаycаn idarəedicilik tаriхində belə bir siyаsi kоntekstin оlmаdığı hər kəsə bəllidir. Bu gün ölkə başçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də siyasətində milli məfkurəyə istinad xətti konsepsiya, təlim səviyyəsində gerçəkləşir. Onun ard-arda imzaladığı - “Multikulturalizm ili”, “İslam həmrəyliyi ili”, “Azərbaycan Xalq Cümhuriyyəti ili”, “İmadəddin Nəsimi ili”, “Nizami Gəncəvi ili”, “Şuşa ili” və nəhayət, növbəti ildə böyük coşğu ilə qeyd edəcəyimiz “Heydər Əliyev ili” kimi sərəncamlar mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına, eləcə də layiqli şəxsiyyətlərin misilsiz xidmətlərinə dəyər qazandırmaq, onları yeni düşüncə kontekstindən incələməyə imkan yaratmaq, ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək baxımından müstəsna addımdır.Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin yaratdığı məktəbdir. Bu məktəbin fundamental əsasları ilk növbədə, milli “mən”in qorunması istiqamətində monolit həmrəyliyin hökmfərma olmasında, dövlətçilik şüurunun oyaqlığında, ideoloji mövqedən sapmamaq əqidəsində özünü göstərir. Bu gün Hey­dər Əli­ye­vin adı, ar­zu və əməl­lə­ri onun ide­ya və ide­al­la­rın­da ya­şa­yır. Yeni Azərbaycan Partiyası sistem özəlliyinin, siyasi mədəni atmosferin yaradılmasında özül missiyasında olan bir partiyadır. Etiraf etmək lazımdır ki, siyasi mübarizə aparmaq, cəmiyyətdə baş verənlərə sivil davranış əsasında, mədəni şəkildə münasibət bildirmək bu partiyanın nüfuzunun saxlamasında əsas faktorlardan biridir. Xarici əlaqələrin qurulması və möhkəmləndirilməsi, müxtəlif din və dil mənsubluğuna malik şəxslərin, müxtəlif yaş qruplarına mənsub insanların burada təmsil olunması Partiyasının gücünün miqyasını göstərir. Amma ən böyük güc onun dövlətçilik ideyalarına sadiq olmasında, dürüst ideoloji mövqeyindədir. Bunu ölkə başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə səsləndirir: “Yeni Azərbaycan Partiyası özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq, heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur”.Bəli, Ulu Öndər Heydər Əliyevin özülünü qoyduğu Yeni Azərbaycan Partiyası illərdir bu böyük yolu öz rəhbərinə layiq olan əzmlə qət etməkdədir. Ona görə dil və din, mental və yaddaş, mənəvi-əxlaqi dəyərlər kontekstində ehtiva olunan sahiblik şüuru, bir yumruqda cəm olaraq milli birliyi qorumağı strateji xəttin əsas konsepsiyasına çevirmək əzmi İkinci Qarabağ savaşında qazandığımız Zəfərin cövhəri oldu. O zəfər ki, Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi əsas məramın hədəfi idi. Ümummilli lider bilirdi ki, bunun üçün zamana ehtiyac var. Güclənmiş, artmış, böyümüş Azərbaycan ardınca Zəfər himnini gətirəcəkdi. Necə ki, gətirdi. Bu gün həyata keçirilən layihələr, gerçəkləşdirilən əməllər sırası Ali Baş Komandan İlham Əliyevin– öz qəh­rə­ma­nı­nın si­ma­sın­da ən ye­ni Azər­bay­ca­nın qa­zan­dı­ğı qlo­bal uğur­la­rı, XXI əsr­də dün­ya­ya səs sa­lan ye­ni­lə­şən Azər­bay­ca­nı gör­mə­yə im­kan ve­rir. Bu həm də Ulu Öndər Hey­dər Əli­yev ide­ya­la­rı­nın ger­çək­li­yi və qə­lə­bə­si­dir.Gün­dən-gü­nə ye­ni­lə­şən, çağ­daş dün­ya me­ri­di­an­la­rın­da ye­ri­ni ax­ta­ran, Şərq­dən Qər­bə, Qərb­dən Şər­qə ge­dən yol­la­rın qov­şa­ğın­da hər gün da­ha da çox mər­kəz, gö­rüş, ün­siy­yət mə­ka­nı ro­lu­nu oy­na­yan, bə­şə­riy­yə­tin ta­le­yi­ni dü­şü­nən ic­ti­mai-si­ya­si, ta­ri­xi-mə­də­ni, qlo­bal, mil­li və mul­ti­kul­tu­ral ide­ya­la­rın, ideo­lo­gi­ya­la­rın, mü­za­ki­rə və təd­bir­lə­rin əsl sı­naq mey­da­nı­na çev­ri­lən ən ye­ni Azər­bay­ca­nın ob­ra­zı məhz Hey­dər Əli­yevin ide­ya və ide­al­la­rı­nın tə­cəs­sü­mü­dür. Bu ye­ni əsə­rin, ye­ni Azər­bay­ca­nın qəh­rə­ma­nı isə Hey­dər Əli­yev yo­lu­nun la­yiq­li da­vam­çı­sı, Ulu Öndərin Azər­bay­can­çı­lıq tə­li­mi­ni ye­ni ta­ri­xi şə­ra­it­də ya­ra­dı­cı şə­kil­də in­ki­şaf et­di­rən, Azər­bay­can adı­nı, Azər­bay­can xal­qı­nın xoş niy­yət və mə­ram­la­rı­nı hər gün dün­ya­ya da­ha da çox ta­nı­dan, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev­dir.

ELNARƏ AKİMOVA,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru