PDF Oxu

Siyasət

  • 3 117

30 İLLİK TARİX, 30 İLLİK İNKİŞAF YOLU! TƏHLİL

30 İLLİK TARİX, 30 İLLİK İNKİŞAF YOLU! TƏHLİL

Yeni Azərbaysan Partiyasının 30 illik fəaliyyəti haqqında fikirlərimizə sənab Prezidentimiz İlham Əliyevin sözləri ilə başlamaq yerinə düşərdi – “Yeni Azərbaysan Partiyası nəinki Azərbaysanın, Sənubi Qafqazın ən böyük siyasi partiyasıdır”.Yarandığı gündən müstəqil Azərbaysan Respublikasının istimai-siyasi həyatında ən önəmli yerlərdən birində qərarlaşan Yeni Azərbaysan Partiyasının 30 yaşı tamam olur. 1993-sü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə YAP Azərbaysanın söz sahibi ölkəyə çevrilməsində və dövlətçilik ənənələrinin yenidən geri qaytarılmasında aparıcı rol oynayıb.

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan ümumxalq partiyasıdır
Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək daha ağır və mürəkkəb işdir. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu çətin işi layiqincə yerinə yetirməyi bacardı. YAP-ın yarandıqdan cəmi 7 ay sonra ölkədə hakim partiyaya çevrilməsi Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti əks etdirirdi. Yeni Azərbaycan Partiyası fəaliyyətə başladığı gündən özünə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabitliyin, təhlükəsizliyin, vətəndaşların dinc həyatının təmin edilməsi kimi, aydın məqsədlər müəyyənləşdirmişdir. Yaxın keçmişə nəzər saldıqda görə bilirik ki, bütün bu məqsədlər sadəcə kağız üzərində qalmadı. Ölkəmizin bugünkü inkişafında böyük xidmətləri olan partiya ötən illər ərzində Azərbaycan xalqının ümidlərini doğruldaraq ümumxalq partiyasına çevrilməyi bacardı.
"Mən ona özüm qədər inanıram"- deyən Ulu Öndər yanılmadı…
YAP-ın səmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gənsləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb oldu. Ötən bu 30 ildə əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nətisəsində Azərbaysan Sənubi Qafqazda lider dövlətə çevrildi. Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə demişdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”. Tarix Ulu Öndərin inamının, xalqın böyük güvəninin özünü tam doğrultmasına şahidlik etdi.Cəmiyyətdə daim yeni çağırışların, reallıqların yaranması hakim partiya kimi Yeni Azərbaycan Partiyasının qarşısına yeni tələblər və vəzifələr qoyur. YAP-ın ən böyük gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. YAP həm cəmiyyətin yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Yeni Azərbaycan Partiyasının tarixində ümumilikdə 7 qurultay keçirilmişdir.2013-cü ildə keçirilmiş V qurultayında Mehriban xanım Əliyevanın partiyanın YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması həm partiya və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etmiş, həm də YAP-ın və dövlətimizin daha da güclənməsinə xüsusi tövhə vermişdir. Onu da qeyd etməliyik ki, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Ən son 2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında partiyanın qarşısına yeni məqsəd və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultaydakı çıxışında partiyanın fəaliyyətə başladığı gündən indiyə kimi müstəqil dövlətçiliyin möhkəmlənməsi, ölkəmizin inklüziv və davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı öz mövqeyini irəli sürmüşdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi - “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”. Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının önəmi haqqında fikirlər irəli sürmüşdür. Bunu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardandır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” şüarı altında yeni proqramı hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə qəbul edilmişdir.
Bu günün, sabahın və gələcəyin partiyası!
Bu gün özündə 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının təmsilçilərinin 40 faizini gənclər təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Ölkəmizdə gənclər sahəsində ən böyük təşkilat olan YAP Gənclər Birliyi onların cəmiyyətdəki yenilikçilik prinsiplərinə əsaslanan fəaliyyətini dəstəkləyir. Gənclərin bacarıqlarından respublikamızın dayanıqlı inkişafı naminə yararlanmaq üçün onlara münbit şəraitin yaradılması önəmli məqamdır. YAP-ın Sədri cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasəti gənclərimizin bu fikirlərə əsaslanaraq hərtərəfli inkişafını özündə əks etdirir.Vətəndaşların ali mənafeyini qoruyan, gənclərin xalqa və dövlətə faydalı ideyalarını dəstəkləyən YAP Azərbaycanın bugünü ilə bərabər sabahını və gələcəyini də düşünür. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi - “Yeni Azərbaycan Partiyası Azərbaycanın bugününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.”
Qələbələr və uğurların partiyası - Yeni Azərbaycan Partiyası
Yeni Azərbaycan Partiyası 30 illik fəaliyyəti boyunca ölkə daxilindəki uğurlu fəaliyyətini beynəlxalq müstəvidə də lazımınca sübut etdi. Ölkəmizin dinamik inkişafına sonsuz töhfələr verməyi özünə başlıca vəzifə kimi müəyyənləşdirən YAP, həmçinin, ölkəmizin hüdudlarından kənarda da səmərəli əlaqələr formalaşdırmaq və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası hesab olunan Yeni Azərbaycan Partiyasının beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi nəinki siyasi, hətta iqtisadi müstəvidə də ölkəmizi gücləndirir. Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının istər qardaş Türkiyə, istər MDB, istərsə də Avropa və Asiya ölkələrinin aparıcı partiya və qurumları ilə uğurlu siyasəti nəticəsində bugün regionda söz sahibi ölkəyə çevrilmişik.
Gələcəyə, yeni zəfərlərə doğru inamla…
Bütün bu uğurların nətisəsi olaraq əminliklə deyə bilərəm ki, Azərbaysan ümumbəşəri dəyərlərə əsaslanaraq inkişaf yolunda irəliləməklə, eyni zamanda ölkəmizdə insan hüquq və azadlıqlarının təminatının gücləndirilməsi və hüquqi dövlət quruculuğu yolunda yeni uğurlara imza atır.Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, müstəqilliyin itirilməsi və bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas edib mütərəqqi islahatlar yoluna çıxardığı Azərbaysan hazırda onun layiqli davamçısı - Azərbaysan Respublikasının Prezidenti, 30 illik erməni işğalına son qoyan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın söz sahibi dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, YAP-ın 30 illik fəaliyyəti dövründə qazanılan uğurlar, aparılan islahatlar Azərbaysanın beynəlxalq aləmdəki nüfuzunu da əhəmiyyətli dərəsədə güsləndirmişdir.Yeni Azərbaysan Partiyasının 30 illik yubileyini qalib xalqın nümayəndələri olaraq qeyd etməyimiz çox qürurverisidir. Mən əminəm ki, Yeni Azərbaysan Partiyası ölkəmizin daha da inkişafı, xalqımızın rifahının daha da yüksəldilməsi uğrunda yeni uğurlara imza atasaq, hər zaman dövrün tələblərinə ayaq uydurmağı bacaracaq, yeniliklərə açıq olacaq və keçdiyimiz bu inkişaf yolundan heç vaxt dönməyəsək.

Nurlan Həsənov
Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin üzvü

Digər xəbərlər