PDF Oxu

Siyasət

  • 3 600

"İran Ermənistan-Azərbaycan gərginliyinin davam etməsində maraqlıdır" - BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

"İran Ermənistan-Azərbaycan gərginliyinin davam etməsində maraqlıdır" - BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

"Nikol Paşinyan 2-3 saatdır Tehrandadır. Bilidiyimiz kimi, dünən də Soçi görüşü keçirilib". Bunu SİA-ya Ankara Gazi Üniversitesi Uluslararası İlişkiler Doktorantı siyasi şərhçi Məhsa Mehdili deyib.Onun sözlərinə görə, bu dəfəki Soçi görüşünün masası və rəhbərlərin oturma şəkli də daha fərqli idi: "Keçən dəfə bəyaz masada Putinin başda oturması heç xoş deyildi. İndi isə əksinə, bərabərlik olub. Bu da diplomatiyada yaxşı bir işarədir.Önəmli olan odur ki, Azərbaycan sülh müqaviləsindən geri addım atmayıb və atmaz. Bu iş o istiqamətdə davam edəcək. Düzdür, biraz zaman aparacaq və bu zaman ərzində Rusiya kontrolu heç vaxt buraxmayacaq".Məhsa Mehdili sözlərinə belə davam edib: "Nikol Paşinyanın Tehrana getməsində çox ciddi siyasi mesajlar var. Bilirsiniz ki, keçən həftə, yəni Soçi görüşündən əvvəl İran öz XİN nazirini Ermənistana göndərmişdi. Bu gün də Nikol Paşinyanı İran prezidenti rəsmi dəvət edib. İran o mesajı vermək istəyir ki, "Mənsiz heç bir addım ata bilməzsiniz". İran öz sözünü yeritmək istəyir. O, Qarabağ probleminin həll olunmasını istəmir. Məncə, bunun həll olunmaması üçün əlindən gələn hərşeyi edir.İran maneə yaratmaq, tələm-tələsik Ermənistanla müqavilələr bağlamaq istəyir. Məncə, İran bunun qarşılığında Ermənistandan ya Zəngəzur dəhlizi ilə əlaqəli bir şey istəyəcək (yəni, Ermənistanın dəhlizin açılmasına maneə yaratmağını), ya da Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə əlaqəli Ermənistana vədlər verə ki, bu normallaşmaya maneə olsun. İran Ermənistan-Azərbaycan gərginliyinin davam etməsini istəyir. O, bu siyasətindən əsla əl çəkməyib".

Ayşən Vəli

Digər xəbərlər