PDF Oxu

Siyasət

  • 2 360

YAP yeni-yeni hədəflərə, uğurlara doğru inamla irəliləyir - AÇIQLAMA

YAP yeni-yeni hədəflərə, uğurlara doğru inamla irəliləyir - AÇIQLAMA

“Yeni Azərbaycan Partiyası zərurətdən, gərgin vəziyyətdən çıxış üçün Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılaraq dövrün aparıcı uzaqgörən ziyalılarını bir araya gətirdi. Ümummilli Liderin YAP-ın hakimiyyətə gəlişi zamanı qarşısına qoyduğu müəyyən məqsədləri var idi. Hansı ki, bu gün həmin məqsədlər YAP hakimiyyətdə olduğu müddətdə reallaşdırılıb. Mən deyərdim ki, Azərbaycanda ötən əsr 90-cı illər böhranın, dövlət kimi yox olma təhlükəsinin qarşısını ala biləcək siyasi qüvvə mövcud deyildi. O zamanlar vəziyyət daha ağr və böhranlı idi. Yeni bir siyasi baxışa, gücə ehtiyac var idi ki, bu da məhz YAP oldu”. Bunu “Səs” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.M.Cəfərovun sözlərinə görə, bu il Yeni Azərbaycan Partiyası 30 illik yubileyini tarixi Zəfərin yaratdığı xoş əhvali-ruhiyyə şəraitində, Qarabağın yenidən dirçəlib cənnətə çevrildiyi və bu kimi böyük nailiyyətlərimizin sevinci fonunda qeyd edəcək: “Təbii ki, Yeni Azərbaycan Partiyasının uğurları çoxdur, lakin mən düşünürəm ki, Qarabağın işğaldan azad olunması tarixi zəfərdir. Bu uğurların təməlində isə müasir Azərbaycan dövlətinin xilaskarı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə davam edən siyasi kurs dayanır. Bu gün YAP dövlətə, xalqa xidmətini davam etdirərək yeni-yeni hədəflərə, uğurlara doğru inamla irəliləyir”.Milli Məclisin deputatı Müşfiq Cəfərov onu da qeyd edib ki, bu günün prizmasından ötən əsrin 90-cı illərdəki təlatüm dolu keçmişə baxarkən bu fikri böyük inamla qeyd etmək olar ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı: “Yeni Azərbaycan Partiyasının yaradılması illərin reallıqlarından irəli gələn, qarşısıalınmaz prosesə və tələbə çevrilən böyük ictimai-siyasi hadisə idi, desək yanılmarıq. Bu gün Yeni Azərbaycan Partiyası insanların üz tutduğu ən etibarlı ünvan, güvənc yeridir. Fəaliyyəti, ideyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi, insanlarda vahid milli ideologiya, azərbaycançılıq təfəkkürü formalaşdı. Beynəlxalq səviyyədə aparılan uğurlu siyasət nəticəsində artıq tarixə çevrilən və 30 il Azərbaycan xalqı üçün həlli müşkül problem olan Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizin dünəni və bu günü ilə bağlı əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.Bir sözlə Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni mərhələyə yol açdı”.

sia.az

Digər xəbərlər