PDF Oxu

Siyasət

  • 3 430

Yasamalda şəhid Yusif Nəcəfovun ailəsi ziyarət olunub ŞƏRH

Yasamalda şəhid Yusif Nəcəfovun ailəsi ziyarət olunub ŞƏRH

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Azər İsmayılov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev və YAP Yasamal rayon təşkilatının əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Nəcəfov Yusif Nadir oğlunun ailəsi ziyarət olunub.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra Nəcəfov Yusif Nadir oğlu "Hərbi xidmətdə fərqlənməyə görə", "Vətən uğrunda" və "Kələbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər