PDF Oxu

Siyasət

  • 5 706

Fransa Senatı bu cinayətləri niyə qəbul etmir? TƏRS BAXIŞ+ÖZƏL

Fransa Senatı bu cinayətləri niyə qəbul etmir? TƏRS BAXIŞ+ÖZƏL

Azərbaycanı hədəfə alan ermənipərəst senatorlar və Makron hakimiyyəti Fransanın Əlcəzairdə və digər ölkələrdə törətdiyi hərbi cinayətlərini etiraf etməlidir!

1960-cı illərin əvvəllərinə qədər fransızlar Məğrib əhalisini kütləvi şəkildə məhv edirdi. Və maraqlıdır ki, vaxtilə törətdikləri həmin vəhşilikləri xatırlamadan, yaxud etina etmədən Senat nümayəndələri indi də Azərbaycanı hədəfə almaqla ölkəmizi “kütləvi hərbi cinayətlərdə”, yaxud “Ermənistan Respublikasının suveren ərazilərinə qarşı aqressiya nümayiş etdirməkdə” ittiham edir, öz hakimiyyətlərinə çağırışlar ünvanlayaraq BMT-nin Təhlükəsizlik Şurasının Beynəlxalq cinayət məhkəməsinə müraciət etməsi üçün “qətiyyətli” olmağa səsləyirlər (???!!!)Halbuki Fransanın özü yalnız Əlcəzairdə deyil, digər ölkələrdə də öz vəhşi üslublarını tətbiq etməklə çoxsaylı hərbi cinayətlərə əl atıblar. Məsələn, elə Fransada nəşr edilən “Musulmans en Franse” internet-nəşri 2021-ci ilin fevralında bunları yazıb: “Qətllər, dəhşətli edamlar və işgəncələr baş verənləri “insanlığa qarşı cinayət” kimi qəbul olunması baxımından Fransanın Kasasiya məhkəməsini narahat etmədi və məhkəmə 2003-cü ildə həmin ittihamları rədd etdi”.Eyni zamanda, bildirilir ki, hələ 2017-ci ildə prezidentliyə namizəd olan Makron Əlcəzair qətliamını soyqırımı kimi qəbul edilməli olduğunu desə də sonradan həmin fikrini dəyişdi: “2017-ci ildə namizəd Makron görünür tarixi doğru məcraya yönəltməyə cürət etdi. “Kolonizasiya fransız tarixinin bir hissəsidir. Bu, insanlığa qarşı cinayətdir, bu barbarlıqdır...”. Lakin namizədin cürəti seçilənə qədər oldu. O, 2017-ci ildən kolonizasiyanı yumşaq vəziyyət kimi təqdim etdi”.“Musulmans en Franse” internet-nəşri eyni zamanda nüfuzlu Fransa tarixçisi Qranmezonun fikirlərindən də sitat gətirib: “1945-ci ildən başlayaraq istintaqsız və məhkəməsiz qətlə yetirilən və edam edilən yerli əhalinin sayı təqribən 40 mindir.Onlar siyasi və irqi səbəblərə görə öldürülüblər”.“Humanite” nəşri isə 2022-ci ilin martına qeyd edib: “Əlcəzairdə Fransadan olan bir köçkünün öldürülməsi hadisəsi baş verib. Fransa heç bir araşdırma aparmadan onlarla ərəbi kollektiv məsuliyyət adına qətlə yetirdi”.Bənzər qətliam 1955-ci ildə Filippvildə yaşanıb. Adıçəkilən nəşr yazır: “Təsadüfi qisas məqsədi ilə insanları stadiona toplayaraq 2000 nəfəri avtomatlardan atəş açmaqla öldürdülər”.Bütün bunları və digər dəhşətli cinayətləri unudan fransızlar azərbaycanlıları “kütləvi cinayətlərdə” ittiham edərək hansısa “Beynəlxalq məhkəmədən” dəm vururlar.Xatırladaq ki, Fransa Senatı noyabrın 15-də Azərbaycan Respublikasını hədəfə almaq üçün qətnamə qəbul etməyə hazırlaşır və buna qarşı ölkəmizdə petisiya imzalarının toplanılmasına başlanılıb. Petisiyaya Azərbaycana dost olan ölkələrdən də dəstəklər var. Məqsəd, ermənipərəst fransız senatorların böhtan xarakterli ittihamlarının realizə edilməməsinə doğru hesablanıb.

Rövşən RƏSULOV

Digər xəbərlər